HƏMAS-la döyüşdə öldürülən Liorun babası Qarabağda şəhid olubmuş
İsrail səfirliyi HƏMAS-la döyüşdə həlak olan Azərbaycan əsilli İsrail vətəndaşı barədə paylaşım edib.
"Qafqazinfo" xəbər verir ki, İsrailin Azərbaycandakı səfirliyi bu barədə "X" hesabında paylaşıb.
"İsrailin Azərbaycandakı səfirliyi olaraq oktyabrın 7-də HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı Azərbaycan əsilli 20 yaşlı serjant Lior Əzizovun həlak olmasından dərin kədər hissi keçiririk. Lior Qolani briqadasının döyüşçüsü idi. Liorun atası Timur 2005-ci ildə İsraildə terror aktının qurbanı olub və 5 il sonra aldığı fiziki və psixi xəsarətlərdən dünyasını dəyişib. Babası Vahid Əzizov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olub və Şəhidlər Xiyabanında dəfn olunub. Bir ailənin üç nəsil boyunca ağrı və itkilərinə sonsuz hüznlə yas tuturuq. Liorun anası Natali onu belə xatırlayır: O, həkim və rəssam olmaq istəyən ağıllı, həssas uşaq idi. Onunla ilk söhbətimiz şənbə günü, müharibənin ilk günündə oldu. Dedi ki, "burda atışma gedir, amma yaxşıyam, narahat olma. Ana, yenə zəng edəcəm, söz verirəm və səni sevirəm. "Bu ondan gələn son zəng oldu. Liorun və Əzizovlar ailəsinin həyatdan köçmüş digər üzvlərinin ruhları şad olsun", - səfirliyin paylaşımında bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1157 Tarix: 10 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabr