MİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏT

MİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏTFilologiya üzrə fəlsəfə doktoru, şəhid qardaşı Əpoş Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Sonxeber.az xəbər verir ki, Ə.Vəliyevin müraciətinə səbəb Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyəti ilə bağlıdır. Şikayətçi bildirir ki, MİDA-nın tikib satdığı güzəştli mənzillər qanunla qadağan olunmasına baxmayaraq, satışa çıxarılır. Ə.Vəliyevin müraciətini təqdim edirik:

Cənab Prezident,

Dövlətimiz tərəfindən sosial layihələrin uğurlu icrasının təmin edilməsi üçün zəruri addımlar atılır. Azərbaycan hökumətinin sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, az təminatlı ailələrin, xüsusilə də gənclərin mənzil probleminin həll edilməsidir. Buna görə də sosial mənzillərin tikintisinə böyük ehtiyac var idi.
Azərbaycan Respublikası vətəndaşlarının, xüsusilə də evsiz, az təminatlı gənc ailələrin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ucuz qiymətə çoxmənzilli binaların tikilməsi üçün Sizin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanınızla Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradıldı. Agentliyin yaradılması vətəndaşlarımızın sosial məsələlərinin həllinə Ölkə başçısının yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürü idi.
Güzəştli mənzillərdən ölkənin gənc alimlərinin, elmi işçilərinin də yararlana biləcəyini öyrənəndə kirayədə yaşayan bir gənc kimi mən də sevindim. Çünki az maaşla kirayədə yaşamaq və ailə saxlamaq çətin idi. Amma MİDA-nın keçirdiyi elə ilk satışdan prosesin qeyri-şəffaf olduğu məlum oldu və dəfələrlə satışlarda iştirak etsəm də mənzil almaq cəhdim hər dəfə uğursuzluqla nəticələndi. MİDA-nın məsul şəxsləri güzəştli mənzil sisteminin təhlükəsizliyini elə hazırlamalı idi ki, sünii sistemlər, robotlar, botlar ora müdaxilə edə bilməsin. Minlərlə gənc satış zamanı "təhlükəsizliklə bağlı boşluqlar", "xüsusi proqram təminatından" istifadə edilməsi, xakerlərin müdaxiləsi səbəbindən mənzil əldə edə bilmədi, həqiqətən mənzilə daha çox ehtiyacı olanlar kənarda qaldı. Əgər MİDA təhlükəsizliyi tam təmin etsəydi, satış zamanı sistemə edilən kənar müdaxilələr avtomatik bloklana bilərdi.
MİDA-nın İdarə Heyətinin sədrinə ünvanladığım məktublarda satış zamanı baş verən qüsurlarla bağlı sadaladığım ittihamların heç biri qəbul edilməyib. Seçimlərlə bağlı bu qədər şikayətin olmasına baxmayaraq MİDA bütün satışlardan sonra mətbuata şəffaf, keyfiyyətli və təhlükəsiz satış keçirildiyini açıqlayıb. Bir müddət əvvəl satışa müdaxilə edən şəxslərin bəziləri aşkarlanması ilə bağlı mətbuatda məlumatlar yayıldı. Hal-hazırda MİDA tərəfindən satılan mənzillərin xeyli hissəsinin kirayəyə verilməsi və yüksək məbləğə satılmasıyla bağlı alqı-satqı portallarında xeyli elanlar var. Güzəştli mənzillərin kirayəyə verilməsi və satılması qanunsuzdur. Bu fakt sübut edir ki, həmin mənzillər ehtiyacı olmayanlar tərəfindən hansısa yollarla əldə edilib.

Cənab Prezident,

MİDA keçirdiyi güzəştli mənzil satışının həyata keçirilmə şəklinə görə hər zaman çox ciddi tənqid olunur. Əhalinin aztəminatlı təbəqəsinin güzəştli şərtlərlə tikilən sosial mənzillərə ehtiyacı var. Düşünürəm ki, baş verən bu qədər anormallıq və qanunsuzluqlardan sonra güzəştli onlayn mənzil satış sistemindən imtina edilməli, daha təhlükəsiz və ədalətli satış metodundan istifadə edilməlidir. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə, Sizə tabedir. Ona görə də Sizdən xahiş edirəm ki, Agentliyin fəaliyyətinin yoxlanılmasına və güzəştli mənzillərinin satışının ədalətli və şəffaf keçirilməsinə kömək edəsiniz.
MİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏTMİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏTMİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏTMİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏTMİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏTMİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏTMİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏTMİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏTMİDA-nın güzəştli mənzilləri saxta yollarla əldə edilib, baha qiymətə satılır: PREZİDENTƏ MÜRACİƏT


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1000   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr