"Ermənistan 2020-ci ildə düşdüyü aqibəti unutmamalıdır"-Deputat

"Ermənistan 2020-ci ildə düşdüyü aqibəti unutmamalıdır"-Deputatİstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

"8 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümündə keçirilən hərbi paradı bütün xalqımız, eləcə də dünya azərbaycanlıları böyük sevinc və qürurla izlədi".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, 2003-cü il oktyabrın 15-də ilk dəfə Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində torpaqlarımızı işğaldan azad edəcəyi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə xalqa söz verdi. Prezident cənab İlham Əliyev Azərbaycanda milli birliyin bərqərar olmasına nail oldu:

"Hərbi paradda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlığı, şücaəti, Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik və mərdliyi, Ermənistanla onun havadarlarının Azərbaycana qarşı təxribat xarakterli siyasət həyata keçirdikləri barədə çıxış etdi.
Ermənistan torpaqlarımızı işğal altında saxladıqları dövrlərdə xalqımız inanırdı ki, Heydər Əliyev siyasi kursunu, irsini davam etdirən müdrik, qətiyyətli, uzaqgörən siyasətçi, eləcə də mahir diplomatik bacarığa, sarsılmaz siyasi iradəyə sahib cənab İlham Əliyev Azərbaycanı dünyada güclü bur dövlətə cevirəcək, düşmən tapdağında olan torpaqlarımızı azad edəcək.2003-cü il oktyabrın 15-də ilk dəfə Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində torpaqlarımızı işğaldan azad edəcəyi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə xalqa söz verdi. Prezident cənab İlham Əliyev Azərbaycanda milli birliyin bərqərar olmasına nail oldu. Azərbaycan iqtisadiyyatı hər il artdı, ordumuzun maddi texniki bazası yeniləndi, ən müasir silahlarla təmin edildi, güclü milli ordu yaradıldı. Bütün bu işlər bizi böyük Zəfərə yaxınlaşdırırdı. 2020-ci ildə Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Ermənistanın hərbi təxribatının qarşısını alaraq əks hücuma keçdi və 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək şəhər və kəndlərimizi işğaldan azad etdi. Azərbaycanın əsgər və zabitləri misli görünməmiş böyük qəhrəmanlıq göstərdilər, müharibə zamanı bir addım belə geri çəkilmədilər. Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaətindən qorxuya düşən erməni əsgərləri təşviş içində döyüş meydanlarınl tərk edirdilər. Ermənilər özləri etiraf efirdi ki, 44 günlük müharibə zamanı 12 min erməni əsgər və zabitı fərarilik etmişdir. Azərbaycanın Silahlı Qüvvələrinin bir nəfər hərbiçisi belə döyüş meydanını tərk etməmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Zəfər bayramımız kimi tarixə yazıldı. Şuşa işğaldan azad edildikdən sonra Ermənistan məğlub olduğunu başa düşdü. 2 gün sonra 10 noyabr 2020-ci ildə Ermənistan məğlub olduğunu etiraf edərək kapitulyasiya aktına imza atdı".

Kamilə Əliyeva vurğulayıb ki, Ermənistan hakimiyyəti, revanşist qüvvələr və onların arxasında dayanan ölkələr Ermənistanın 2020-ci ildə düşdükləri aqibəti unutmamalıdır:
"2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini uğurla başa çatdırdıqdan sonra Azərbaycanın suverenliyi tam bərpa edildi, Qarabağda separatizmin kökü kəsildi. Oktyabrın 15-də Prezident cənab İlham Əliyevin Xankəndində Azərbaycan bayrağını ucaltması Azərbaycan tarixində şanlı bir gün oldu.
Prezident cənab İlham Əliyev 20 il əvvəl xalqımıza verdiyi bütün vədləri yerinə yetirdi. Bu gün dünya ictimaiyyəti, o cümlədən ermənilər və onların havadarları da yaxşı başa düşürlər ki, Prezident cənab İlham Əliyev nəyi deyibsə, ona da əməl edib. Ölkə başçımızın sözü imzası qədər dəyərlidir. Hərbi paradda Prezident cənab İlham Əliyevin söylədiyi fikirlər Ermənistana və onun havadarlarına bir mesaj olmalıdır. Ermənistan hakimiyyəti, revanşist qüvvələr və onların arxasında dayanan ölkələr Ermənistanın 2020-ci ildə düşdükləri aqibəti unutmamalıdır".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Ermənistan 2020-ci ildə düşdüyü aqibəti unutmamalıdır"-DeputatŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 969   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr