"Qarabağda daimi yaşayan ailələrin üçüncü uşaq siyasəti stimullaşdırılmalıdır" - Zahid Oruc

"Qarabağda daimi yaşayan ailələrin üçüncü uşaq siyasəti stimullaşdırılmalıdır" - Zahid Oruc"Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin üçüncü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur"

Sonxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin noyabrın 13-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, 2024-cü ilin əsas hadisəsi Ermənistanla sülh müqaviləsi və təkcə Zəngəzur və İran üzərindən deyil, bütün kommunikasiyaların açılması olacaq: "O zaman ölkəmizin nəqliyyat-logistika sistemi, Türkiyə, Çin, İran və Rusiya ilə ayaqlaşa biləcəkmi? Söhbət təkcə Bakıdan Qarsa gedən yolun Zəngəzurla müqayisədə 220 km çoxluğunda deyil, məsafənin qısalması ilə indinin özündə beynəlxalq statuslu daşıma şirkətlərinin azlığı, tariflər, bütün növ nəqliyyat parkının vəziyyəti və mütəxəssis çatışmazlığı bizi narahat etməlidir, əks halda yolların açılmasından daha çox xarici kompaniyalar qazanacaq. Əlbəttə, dövlətimizin sülh savaşını da udmasını heç bir iqtisadi gəlirlə ölçmək olmaz, bununla belə, Ermənistanın Türkiyə və Azərbaycanla bütün kommunikasiyaların açılması perspektivinə biznes strukturlarını hazırlamaq faydalı olar".

"Azərbaycanda demoqrafik dinamikaya 2024-cü ilin büdcəsi necə təsir edəcək? 4 il əvvəl, 29 yanvar 2019-cu ildə dövlət proqramın yekunlarına həsr olunan konfransda ölkə rəhbəri "əhali nə qədər çox olarsa, ölkəmiz o qədər sürətlə inkişaf edər" bəyanatı ilə ailə institutunun qorunması və inkişafı, milli genofondumuzun gələcəyi, ordumuzun əsas nüvəsi olan gənclərlə qürur duyduğunu bəyan edib. Lakin bu günlərdə bir xarici ekspertin "Ermənistanda doğum səviyyəsi artır, Azərbaycanda azalır" sərlövhəli müsahibəsi geniş rezonans doğurub. Əlbəttə, demoqrafiya məsələsinin də siyasiləşdirildiyi bəllidir, ona görə əhali artımının da qələbə amili sayılması ölkəmizə qətiyyən irad tutula bilməz. Lakin son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib"-, deputat qeyd edib.

Z.Oruc bildirib ki, Ermənistan son üç ildə hər qadına düşən doğum əmsalı parametrinə görə digər ölkələri tarixində ilk dəfə qabaqlayıb: "Gürcüstanda patriarx İlya 2 və 3-cü uşaqları özünün xaç suyuna salacağını elan edəndən sonra doğum səviyyəsi artıb. Azərbaycanda 20 il əvvəl - 2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100 000 uşaq. Ermənistanda daha az, cəmi 32.000 min, yəni üçün birə nisbətində olub. Xatırladaq ki, 1950-ci ildə fərq iki dəfə idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. Üçüncü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4 000 min dollar ödənilir. Ona görə də Ermənistanın demoqrafik artımı dövlətin demokratik iqtisadi inkişaf siyasəti ilə bağlaması və Azərbaycanda əhali sayının azalarsa, onlar səbəbindən "Qarabağa tam məskunlaşa bilməyəcəklər" kimi əslində özlərinin yaşadıqları sindromu və məğlubiyyətin səbəblərindən birini ölkəmiz üçün təbliğ etmələrinə yol verməməliyik. Qələbə tarixini yazan ölkəmizdə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir. Ölkəmizdə 2022-ci ildə ana bətnlərində məhv etdiyimiz uşaqların sayı 58 mindir, 15 065 nikahdan 6 920-si boşanıb və əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb və belə mənfi tendensiyanı yalnız məqsədli dövlət siyasəti durdura bilər. Ona görə də Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin üçüncü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 775   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr