14 yaşında evləndi, boşanmaq istədiyinə görə bıçaqlandı - Dəhşətli cinayətin TƏFƏRRÜATI + VİDEO

14 yaşında evləndi, boşanmaq istədiyinə görə bıçaqlandı - Dəhşətli cinayətin TƏFƏRRÜATI + VİDEOBakıda kişi həyat yoldaşını və qayınatasını öldürməyə cəhd edib. Hadisə 2022-ci ilin iyununda Maştağa qəsəbəsi, Axund Mirzə Əbdülkərim küçəsi, döngə 6, ev 2 ünvanında baş verib.

Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanan ilkin materiallar Rayon Prokurorluğuna göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilən 46 yaşlı Abbas Mirzəyev bildirib ki, 2003-cü ilin fevral ayında bibisi qızı Nigar Mirzəyeva ilə evlənib. Aralarında ailə-məişət zəminində mübahisələr düşdüyündən həyat yoldaşı tez-tez valideynlərinin evinə gedərək aylarla orada qalıb. O da hər dəfə hər şeyin qaydasına düşəcəyini söz verərək ondan evə qayıtmasını xahiş edib. 2022-ci il iyunun 23-də növbəti mübahisə zamanı Nigar boşanmaq istədiyini bildirərək yenidən valideynlərinin evinə gedib.

Abbas Mirzəyev iyunun 29-u saat 15 radələrində yaşadığı Yasamal rayonu, Nərimanov küçəsi, ev 13-dən mətbəx bıçağını götürərək arvadını evə qaytarmaq üçün Maştağaya yollanıb. Amma arvadı artıq onunla yaşamaq istəmədiyini, boşanmaq istədiyini deyib. Abbas Mirzəyev eşitdiklərindən qəzəblənərək üzərindəki mətbəx bıçağı ilə arvadının boğazına və bədənin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi endirib. Qadının qışqırıq səsinə gələn anası Sevda Seyidova, atalığı Vaqif Seyidov və qardaşı Orxan Məmmədov ona mane olmağa çalışıblar. Qarşıdurma zamanı Vaqif Seyidov boyun, sol və sağ əllərindən bıçaq xəsarətləri alıb. Müdaxilə nəticəsində Orxan Məmmədov Abbas Mirzəyevin əlindən bıçağı alıb.

Yaranmış səs-küydən və polis əməkdaşlarının gəlməsindən qorxaraq o, hadisə yerindən qaçıb. Zərərçəkmişlərə ixtisaslı tibbi yardım göstərilərək həyatları xilas edilib. Həyat yoldaşına və qayınatasına bıçaqla xəsarətlər yetirən Abbas Mirzəyev 26-cı Polis Bölməsinə gedərək könüllü təslim olub.

Zərərçəkmiş Nigar Mirzəyeva ifadəsində göstərib ki, ailələrinin razılığı ilə ailə həyatı quranda 14 yaşı tamam olmayıbmış. Abbas Mirzəyevin həyat yoldaşı ilə münasibəti həmişə pis olub. Əri narkotik vasitə istifadə edib, evdə mütəmadi olaraq mübahisə yaradıb, onu döyüb. 2020-ci ilin fevralında onu döyərək ölümcül hala saldığı üçün Nigar polisə müraciət edib, lakin sonra ailəsinin dağılmaması üçün ərizəsini geri götürüb.
Nigar Mirzəyeva hesab edir ki, hadisə baş verən gün ərinin məqsədi onu öldürmək olub. Əgər niyyəti qorxutmaq olsaydı, ilk zərbədən sonra hadisə yerindən uzaqlaşardı.

Məhkəmə iclasında Abbas Mirzəyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmişlər təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Abbas Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1095   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr