Qabıqla yeyilən, bir dənəsi bir kiloqram olan limonun faydaları - VİDEO
Astaralı fermer Zəbiəli Əliyevin yetişdirdiyi limonun çəkisi bir kiloqrama yaxındır.
Fermer bu limon sortunu Özbəkistandan gətirib, ağaca qulluq edib və artırıb.
"Bu limonun saxlanma müddəti yerli sortlardan fərqlənir. Bu limon ağacda bir ildən çox qalır, xəstəliyə də davamlıdır. Qabığı bir az qalındır. Amma əslində, bu sortun meyvəsi qabıqla yeyilir", - deyə Z.Əliyev söyləyib.
İlk baxışdan böyük bir armudu xatırladan bu sort tərkibinə görə də faydalı hesab edilir. Əsasən şəkərli diabet, təzyiqi yüksək olan insanların istifadə etməsi məsləhət görülür.
Qiymətlərə gəldikdə isə bir ədədinin qiyməti yerli məhsullarla müqayisədə 10 dəfə baha, yəni 3-4 manat arasında dəyişir.
Bu limonun başqa bir özəlliyi isə odur ki, yerli limonlar ildə bir dəfə bar verirsə, özbək sortu ilboyu ardıcıl olaraq bar vermək xüsusiyyətinə malikdir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1417 Tarix: 14 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabr