Şəhidlərin geyimlərini valideynlərinə satan alverçi: Gerçək olan "Yalan" filmi – ARAŞDIRMA + VİDEO
"Yalan" filmi Birinci Qarabağ müharibəsinin həqiqətlərindən bəhs edir.
Filmin süjetinin əsasını ailənin böyük oğlunun Qarabağ müharibəsində həlak olması, bu faktdan xəbər tutan atanın bu məlumatı anaya deməməsi fonundakı məqamlar təşkil edir.
Filmin qəhrəmanı Yavər Quliyev adlı-sanlı çobanlardandır. İki oğul atasıdır. Günlərin bir günü böyük oğlu Vasif könüllü cəbhəyə getməyə hazırlaşdığını və vidalaşmağa gəldiyini söyləyir.
Bu epizodda "sağollaşmaq" deyil, məhz "vidalaşmaq" kəlməsinin işlənməsi tamaşaçıları filmin qəhrəmanları ilə birlikdə faciəli anlar yaşamağa kökləyir.
Filmin vağzal səhnəsi Birinci Qarabağ müharibəsinin arxa cəbhəsində baş verənləri göstərir.
Bir tərəfdə qatarda alverlə məşğul olan kişi Yavərə havayı konfet verir ki, bunu oğluna apar, ağzını şirin eləsin. Digər tərəfdən isə ölmüş əsgərlərin geyimlərini valideynlərinə satan şəxs. Bu səhnə bizə Cəbiş müəllim ideyalarını xatırladır:
"Müharibə vaxtı fərqi yoxdur, güllə satırsan, ya paltar, alverçisənsə, düşmənsən".
Cəbiş müəllim də eyni sözü deyirdi. Yavər həlak olmuş oğlunun adından anasına məktub yazır. Bu səhnədə onun nə qədər çıxılmaz bir vəziyyətdə olduğunu görürük. Yavərin cəbhədə ət doğramaq səhnəsi müharibənin ətçəkən maşın, sallaqxana olması ilə bağlı rəmzdir.
Filmin park səhnəsində xeyli qaranlıq qalan mətləblər açılır. Yavər kiçik oğlunu şəhərə gəzməyə aparır. Parkda köhnə tanışının nəvəsinə Yavəri göstərib "Sovetlərin planını bu əmi doldururdu" deməsi Yavərə çox təsir edir.
Bəzi məqamlarda Yavər sovet dövrünün həsrətini çəkirdi. Onun medallarla gəzməsi, qəzetləri saxlaması, öz işini övlad tərbiyəsindən də üstün tutması bunun göstəricisidir. Onun qəzetləri cırması reallıqla barışmasına işarədir.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi