"Ağdamın işğaldan azad olunması yalnız hərbi qələbə yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir"-DEPUTAT

"Ağdamın işğaldan azad olunması yalnız hərbi qələbə yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir"-DEPUTATMöhtərəm Prezidentin 31 iyul 2023-cü tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəmcamına əsasən 20 noyabr Ağdam Şəhəri Günüdür.

"1993-cü ildə işğal zamanı 6 mindən çox şəhidin həyatını, 5 minə yaxın insanın sağlamlığını itirdiyi Ağdam, düzgün hərbi-siyasi strategiyanın məntiqi yekunu olaraq bir güllə atmadan geri alındı. Daha doğrusu, Prezident İlham Əliyevin qətiyyəti və ordunun gücü hesabına erməni Ağdamı rüsvayçı formada boşaltmağı kapitulyasiyanın şərtlərindən biri kimi qəbul etməyə məcbur oldu. Beləliklə, Ağdamın işğaldan azad olunması yalnız hərbi qələbə yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Qarabağın ən böyük yaşayış məskənlərindən biri olmuş, lakin işğal dönəmində yerlə-yeksan edilmiş Ağdam 30 il ruhlar şəhəri olub.

"Erməninin bu qədim Azərbaycan yurduna yeganə töhfəsi 100 mindən çox mina olub, daha dəqiq desək, havadarlarının dəstəyi fonunda Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi müharibə cinayətlərinin nəticəsi olaraq Ağdam və ətraf ərazilər 27 il ərzində fasiləsiz minalanıb. Ən dəhşətlisi isə daşa-divara qənim kəsilən Ermənistanın urbisid əməlləri ekosidlə müşayiət olunub və nəticədə yaşıllıqlar şəhəri Ağdamda flora və fauna, demək olar ki, məhv edilib. 27 il daşı-daş üstünə qoymayan Ermənistandan fərqli olaraq, Azərbaycan bu torpaqların əsl sahibi kimi Ağdamı yenidən inşa etməkdədir. Bildiyiniz kimi, işğala son qoyulmasından cəmi 6 ay sonra elə Ağdamda şəhərin baş planı Prezident İlham Əliyevə təqdim olunub. 2022-ci ilin avqustunda isə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair baş planı təsdiq edilib. Beləliklə, Ağdam Cənubi Qafqazın ən müasir, ən insanyönümlü şəhərlərindən biri və bəlkə də, birincisi kimi yenidən dirçəlməkdədir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 691   Tarix: 20 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

2 oktyabr