"Dünyada hələ də neokolonializm meyilli siyasətlərə üstünlük verən ölkələr var" - Bahar Muradova
"Neokolonializm siyasəti yürüdən ölkələrə qarşı birgə mübarizə aparmalıyıq".
Sonxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası kimi misli görünməmiş bir çağırışla necə mübarizə barədə çaşqın olduğu bir dövrdə Azərbaycanın sədrliyi altında məhz Qoşulmama Hərəkatı qlobal səylərin birləşdirilməsində önəmli rol oynayıb: "2020-ci ilin mayında Hərəkatın onlayn zirvə görüşü və daha sonra dekabrında BMT Baş Assambleyasının məsələ üzrə xüsusi sessiyasının keçirilməsi bunun bariz nümunəsi olub. Bu fəaliyyətlərə əlavə olaraq, Hərəkatın yeni yaradılmış Parlament Şəbəkəsi və Gənclər Təşkilatı kimi təsisatlarının çoxtərəfli əməkdaşlığa ciddi töhfə olduğunu böyük qürur hissi ilə qeyd etmək istərdim".
Dövlət Komitəsinin sədri xatırladıb ki, 2023-cü ilin iyul ayında Əlaqələndirmə Bürosunun Nazirlər Görüşündə İlham Əliyevin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması üzərində işlərin getdiyini bəyan etməsindən bir neçə ay keçir: "Budur, artıq Azərbaycan sədr olaraq digər üzv ölkələrlə birgə Hərəkatın qadın ölçüsü istiqamətində də aktivləşməsi məqsədilə əməli addımlar atmaqdadır. Bu gün Sizinlə birlikdə bu möhtəşəm konfransda qadın və qızların hüquqlarının qorunması və səlahiyyətləndirilməsi sahəsində ideya və təşəbbüslər ətrafında birləşə biləcəyimiz təşəbbüsün ilk təməl daşlarını qoymaqdayıq. Biz bu vasitə ilə insan hüquqlarının daha etibarlı qorunması sahəsində ən yaxşı təcrübələrin öyrənilməsinə, ədalət və humanizm ideallarına sadiq qalmaqla, beynəlxalq arenada ortaq maraqlarımızı qorumağa nail ola bilərik".
"Dünyada hələ də neokolonializm meyilli siyasətlərə üstünlük verən ölkələr var və bizim onların müstəmləkəçilik planlarına qarşı birgə fəaliyyətimizin önəmini vurğulamaq lazımdır. Biz özünü beynəlxalq hüququn müdafiəçisi qismində təqdim edərək Qoşulmama Hərəkatına üzv ölkələrdə cinayətlər törətmiş dairələrə qarşı səylərimizi birləşdirə və onun ağır nəticələrindən əziyyət çəkənlərin, qadın və uşaqların pozulmuş hüquqlarının bərpası üçün birgə çalışa bilərik", - B.Muradova bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi