2 uşaqdan sonra ailələrə güzəşt edilə bilər
Bu gün həm deputatları, həm cəmiyyəti narahat edən məsələlərdən biri pensiya yaşıdır.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bir hissə pensiya yaşının aşağı olmasından, bir hissə isə yuxarı olmasından şikayətlənir: "Dövlət büdcəsində çalışanlar pensiya yaşının yuxarı olmasını istəyir. Onlar hesab edir ki, insan bu yaşda daha çox təcrübə qazanır. İkincisi isə pensiya yaşının az olmasını istəyənlərdir. İnsanlar heç bir yerdə işləmir, pensiya yaşının gəlməsini gözləyir. Nazirlik tərəfindən bununla bağlı statistika verilməlidir ki, neçə faiz hansı təbəqəni əhatə edir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-ə qədər sahə var ki, onlar daha az yaşda pensiyaya çıxırlar. Yaş kateqoriyaları bunlara tətbiq edilir. Ona görə də bu məsələ mərhələli şəkildə həllini tapmalıdır".
Deputat uşaqlarla bağlı təminatlara da münasibət bildirib:
"Ailəyə 5 uşaqdan sonra müəyyən güzəştlərin verilməsi yaxşı deyil. 2 uşaqdan sonra təminat nəzərdə tutulsa, daha yaxşı olar. Üçüncü məsələ bizdə 10 uşaq olana qəhrəman ana statusu verilirdi. Hesab edirəm artıq 7-8 uşağı olana qəhrəman ana statusu verilsə yaxşı olar. Digər məsələ sosial müavinətlərin verilməsi ilə bağlıdır. Millət vəkillərinə onların rayonlarından kimə sosial müavinət verilir, onun siyahısı verilsə, daha yaxşı olar. Çünki bizə kifayət qədər müraciətlər olur. Bu siyahı heç olmasa rayon üzrə verilsə, bu məsələlərin daha şəffaf olmasına şərait yaradar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5683 Tarix: 21 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabr