Bu il Azərbaycanda qış sərt keçəcək? - Bakıya qar yağacaqmı?
Son günlər Azərbaycanda qışın sərt keçəcəyi ilə bağlı rəsmi qurumlar tərəfindən iclaslar keçirilir, qar təmizləyən texnikalar hazır vəziyyətə gətirilir.
Lakin bir məsələ var ki, hazırda payız ayı olmasna baxmayaraq temperatur mövsüm normalarının üzərindədir. Bu zaman ağıllara bir sual düşür. Bu il Azərbaycanda qış çox sərt keçəcək? Yoxsa qurumlar ötən il yağan qara görə iflic vəziyyətə düşən yollardan sonra bu il üçün öncədən daha yaxşı hazırlaşır?
Sonxeber.az xəbər verir ki, ölkəmizə soyuq hava kütlələri eyni zamanda həm şərqdən, həm də qərbdən müdaxilə edir. Bu zaman respublikanın bütün rayonlarında bol yağıntılar düşür, dağ çaylarında selyaranma ehtimalı çoxalır, eləcə də qar yağır.
Belə çıxır ki, qonşu ölkələrdə, Türkiyədə və Rusiyanın Avropa hissəsində müşahidə ediləcək hava eyni zamanda Azərbaycandakı qışın siqnallarını verir.
Bu il dünya eləcə də Türkiyə, El Nino hava axınının təsirindədir. Təcrübələrə görə, El Nino axınının hakim olduğu illərində Türkiyənin yerləşdiyi Şərqi Aralıq dənizi hövzəsində ümumiyyətlə bol yağışlı qış fəsilləri olur.
2023-2024-cü illərin qışı Türkiyədə yağışlı və soyuq keçəcək. Noyabrdan başlayaraq yağıntıların artacağı, temperaturun aşağı düşəcəyi gözlənilir. Dekabrdan başlayaraq qarın yağma ehtimalı var.
Bu qış Türkiyədə yağıntının ümumiyyətlə orta və ya yuxarı səviyyəsində olacağı gözlənilir. Bu, xüsusilə şimal və şimal-şərq rayonlarında qarın yağma ehtimalını artırır.
Qonşu Rusiyada da vəziyyət demək olar ki oxşardır. Bu il Rusiyada temperatur iqlim normalarına yaxın, bəzən isə yüksəkdir. Yerli metroloqlar bunu qlobal istiləşmə ilə əlaqələndirirlər. Lakin bu o demək deyil ki, Rusiyada qar yağmayacaq. Hər il paytaxt Moskvada ilk şaxtalar noyabrın sonunda yaransa da, bu mövsüm hava yalnız dekabrın son günlərində əhəmiyyətli dərəcədə soyuqlaşacaq. Yanvarın ilk günlərində Moskvada şiddətli şaxta gözlənilmir, lakin qar örtüyü kifayət qədər sıx və sabit olacaq.
Görünən odur ki, Azərbaycanda soyuq havanın formalaşmasında birbaşa təsiri olan iki ölkədə də temperatur ötən illərdəki ilə müqayisədə çox da fərqlənmir.
Qeyd edək ki, son zamanlar qış aylarının sərt keçəcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində adiyyəti üzrə müvafiq müşavirələr keçirilib. Ehtimal olunur ki, proqnozlar öncədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki müvafiq qurumlar tərəfindən göndərilir./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi