22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür"Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında ifadə olunmuş Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq və xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq kimi ali niyyətlərin realizəsi prosesində, heç şübhəsiz ki, Ədliyyə orqanları müstəsna rola malikdir. 105 yaşlı Azərbaycan Ədliyyəsinin keçdiyi şərəfli tarixi yola nəzər salsaq, fəaliyyətinin bütün dövrlərində, xüsusən müstəqilliyimizin yeni hüquq erası hesab edilən 1995-ci ildən Ədliyyə sisteminin bu ali dəyərlərə daim sadiq qaldığının şahidi olarıq".

Bu sözləri Sonxeber.az-a deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, ölkədə ilk dəfə Ədliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilsə də, ədliyyə orqanlarının inkişafı, yenilənməsi və cəmiyyətdə nüfuz qazanması müasir Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycanın işğalından sonra sovetlər birliyi dövründə ləğv edilərək fəaliyyətinə uzun müddət ərzində lüzum görülməmiş Ədliyyə Nazirliyinin fəaliyyəti yalnız 1970-ci ildə dahi Liderin Azərbaycana rəhbərliyi dönəmində bərpa olunmuş, daha doğrusu, ədliyyə fəaliyyəti tamamilə yenidən qurulmuşdur.

"Müstəqilliyin ilk illərində isə bütün sahələrdə müşahidə edilən anarxiya, özbaşınalıq, səbatsız idarəçilik Ədliyyə faəliyyətinə də köklü təsir etmiş, Ədliyyə orqanlarının nüfuzu ciddi şəkildə zədələnmiş, xüsusən məhkəmə sistemi siyasiləşmişdi. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Ədliyyə sistemi arınmış, yenidən dirçəliş dönəminə qədəm qoymuş, ölkədə Konstitusiya islahatları başda olmaqla, çoxsaylı hüquqi reformlarda Ədliyyə Nazirliyi aparıcı orqan kimi müasir dövlətçilik tariximizdə şərəfli iz qoymuşdur. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi isə qurumun tarixində yeni bir dönəm başlatmışdır. 2006-cı ildə Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiqi ilə orqan qarşısında yeni çağırışların ehtiva olunduğu 70-dən artıq vəzifə müəyyənləşdirilmiş, ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə həyata keçirilən islahatların tərkib hissəsi kimi məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi prosesində Ədliyyə Nazirliyinə aparıcı rol həvalə edilmişdir.
Aydındır ki, müasir qlobal çağırışlar yalnız rəqəmsal cəmiyyətin inkişafın aparıcı qüvvəsinə çevrilə biləcəyini nümayiş etdirməkdədir və artıq ölkəni rəqabətdə irəli aparmaq üçün ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən və innovativliyi stimullaşdıran ekosistem qurulması ilkin zərurətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəaliyyətinin ilk dövründən bu reallığı müdrikliklə proqnozlaşdıraraq yeni dövrün tələblərinə uyğun normativ hüquqi bazanın formalaşdırılması, habelə idarəçiliyin təkmilləşdirilməsi üçün bir sıra addımlar atmış, xüsusən də islahatların yeni mərhələsi hesab edilən 2018-ci ildən etibarən bu proses yeni fazaya qədəm qoymuşdur. Sevindirici haldır ki, qlobal çağırışlar fonunda qeyd edilən istiqamətdə cənab Prezidentin islahat kursunun tələblərinə münasibətdə transformasiyaya start verən ilk strukturlardan biri məhz Ədliyyə orqanları olmuşdur. Nazirlik artıq ötən dövr ərzində ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsi məsələləri başda olmaqla, çoxsaylı məsələlərin həlli istiqamətində ciddi irəliləyişə nail olmuş, xüsusən "Elektron icra" və "Elektron məhkəmə" informasiya sisteminin yaradılması və istifadəsinin təşviqi üçün mühüm addımlar atılmışdır. Hazırda isə Ədliyyə Nazirliyi fəaliyyətinin səmərəliliyi və keyfiyyətinin yüksəldilməsi məqsədilə elektron xidmətlərinin formalaşdırılması və əhatə dairəsinin genişləndirilməsi, ağıllı sistemlər əsasında idarəetməni optimallaşdırmaqla vətəndaş məmnunluğunun artırılması istiqamətində çox ciddi konseptual fəaliyyətə start vermiş, nəticədə ədliyyə sferasında inklüziv innovasiya ekosistemi qurulması istiqamətində çox ciddi işlər görülməkdədir. Eyni zamanda rəqəmsal mühitin tələbi ilə hazırda rifah meyarının mahiyyətinin dəyişməsini nəzərə alsaq, Ədliyyə Nazirliyinin smart xidmət konsepsiyasının müxtəlif istiqamətlərdə əhatə dairəsinin genişlənmə strategiyası, o cümlədən müasir rəqəmsal innovasiyaların tətbiqi prosesini uğurla davam etdirməsi vətəndaş məmnunluğuna, ictimai etimada nail olmaq baxımdan çox strateji addımlar hesab edilməlidir.
44 günlük savaşda Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan böyük Zəfərdən sonra Azərbaycanın artan nüfuzu hazırda Ədliyyə orqanları qarşısında da yeni çağırışlar müəyyən etmişdir. Əminliklə demək olar ki, bu gün innovativ yanaşmalar, nazirlik işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, mövcud infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi fonunda özünün yüksəliş dövrünü yaşayan Ədliyyə sistemimiz milli maraqlarımızın ehtiva olunduğu bütün çağırışlara hazırdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 820   Tarix: 22 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr