Laçının Zabux kəndinə daha 25 ailənin köçü başlayıb

Laçının Zabux kəndinə daha 25 ailənin köçü başlayıbAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

"Report" xəbər verir ki, bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 93 nəfərin köçü başlayıb.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış "Qobupark-3" yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.

Qeyd edək ki, noyabrın 20-də Zabuxa daha 25 ailə - 91 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 707   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hava DƏYİŞƏCƏK: Yağış, qar yağacaq və sel keçəcək

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensi

17 aprel
.

Ordubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı - FOTO

Ordubad rayonu Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində qaz xətti zədələnib. xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, nəticədə 32 ev qazsız qalıb. Hal-hazırda təmir-bərpa işləri davam etdirilir. 10:08. Naxçıvan Muxtar Respublikası (MR

16 aprel
.

Banka borcunu ödəməyənlərə yeni QAYDA

İcra məmurlarının hüquqları genişləndiriləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan "Dövlət icra məmurları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan qanun

18 aprel
.

Paytaxtda növbəti daxili iməclik keçirilib

Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr

18 aprel
.

İşdən çıxarılmasına səbəb olan şəxsi küçədə döydü

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Babək Lətifovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraat

17 aprel
.

Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri açıqlandı - 3 nəfər maksimal bal topladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bu imtahanda iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğ

17 aprel
.

Aliment borcunu ödəyə bilməyən ata HƏBS OLUNDU

Oğuzda aliment borcunu ödəməyən ata həbs olunub. xəbər verir ki, rayonun Bayan kəndində yaşayan 38 yaşlı Fariz Hacıyev (ad və soyad şərtidir) 2017-ci ildən bəri aliment borcunu ödəməyib. Məlumata görə, Fariz 2013-cü ildə ailə qurub və 2014-cü ildə bir oğlan övladları dünyaya gəlib. 2017-ci ildən is

16 aprel
.

Xırdalanda yaşayış kompleksindəki YANĞIN söndürülüb

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 14:50. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşero

17 aprel
.

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR GƏLDİ

Son zamanlar Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də uşaqpulunun verilib-verilməməsi ilə bağlıdır. Cəmiyyətdə bu istiqamətdə fərqli fikirlər səslənir, əksəriyyət hesab edir ki, uşaqpulu tətbiq olunmalıdır. Hətta bəzi iddialara görə, yaxın illərdə bu istiqamətdə müəyyən addımların atılmas

18 aprel