Qadınların hansı hüquqları POZULUR?

Qadınların hansı hüquqları POZULUR?Bu gün əksər ölkələrdə qadınlar ictimai həyatda mühüm rola malikdirlər. Qadınların müxtəlif sahələrdə bacarıq və qabiliyyətlərini reallaşdırmaq imkanları xeyli genişlənib. Azərbaycan qadınının da cəmiyyət həyatında rolu güclənir və şübhəsiz öz ağlı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur.

Amma ölkəmizdə də qadınlarımızın hüquqları az pozulmur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və Gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova bildirib ki, Azərbaycanda qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir:

"Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib. Lakin bir sıra ictimai normalar, adətlər gender bərabərliyinin təmin edilməsinə əngəl yaradır.

Azərbaycan cəmiyyətində məhz kişi və ya məhz qadın davranışı, maraqları, şəxsi keyfiyyətləri haqqında tarix boyu formalaşmış bəzi təsəvvürlər hələ də mövcuddur. Bundan ən çox əziyyət çəkən isə qadınlar və uşaqlardır. Bu stereotiplər qadınların insan hüquqlarının, əmək hüquqlarının, reproduktiv hüquqlarının pozulmasına, məişət zorakılığı və erkən nikah hallarının artmasına, qadınların təhsildən yayınmasına, inkişafına, məşğulluğunun azalmasına, ailə planlaşdırılmasına mənfi təsir göstərir".

Sevinc Məmmədova qeyd edib ki, erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri, selektiv abortlar ümumən dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən amillərdir və bu problemlər ölkəmizdə də mövcuddur:

"Mütəmadi olaraq aparılan maarifləndirmə işləri, profilaktik tədbirlərə baxmayaraq hələ də erkən nikah problemi qalmaqdadır. Dünyada milyonlarla uşaqlar hər il bu zorakılığın qurbanı olurlar. Erkən nikahların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 213 saylı Qərarı ilə təsdiq edilən "Gənclər arasında ailə və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair Qaydası" qəbul edilib.

13 dövlət qurumu və bütün yerli icra hakimiyyəti orqanları bu qaydaya uyğun olaraq tədbirlər həyata keçirirlər. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur.

Məişət zorakılığı ailədə böyüyən boya başa çatan uşaqların tərbiyəsinə, psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərir. Zorakılığın şahidi olmuş körpələrin sağlamlığı ilə yanaşı, davranışında da problemlər ortaya çıxır".

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, streotiplər çoxaldıqca qadınların hüquqları pozulur:

"Cəmiyyətdə müəyyən mənada qadınlara qarşı streotiplər bir az da qatılaşıb. Qanunu bilən qadınlar üçün irəli getmək imkanları böyükdür. Çünki onlar araşdırır, öz üzərində işləyir, potensialını artırırlar. Lakin istənilən halda, cəmiyyət qadının üzərinə böyük yük qoyur. Hələ də sözügedən streotiplər imkan vermir ki, qadın sərbəst qərar qəbul edə bilsin.

Aidiyyatı qurumlar əhali ilə işləməlidir.

Qadınların bərabər imkanlardan bəhrələnməsi üçün, nəinki Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi də bu istiqamətdə aktiv çalışmalıdır. Həmçinin QHT-lərin bu mövzuda gücünü artırmaq lazımdır".

Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda Konfransıdakı çıxışında qeyd etmişdi ki, Azərbaycanda qadın hüquqlarının təmin olunması, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 793   Tarix: 25 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr