"Bu görüş iştirakçı ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaradacaq"-ŞƏRH
"Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycanın da BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün nəzərdə tutulan xüsusi proqramında yer alması, təsadüfi deyil. Çünki yol, açıq dənizlərə çıxış Mərkəzi Asiya ölkələrinin sabit iqtisadiyyata malik olmaları üçün həyati əhəmiyyətə malikdir".
Bu sözləri Sonxeber.az-a deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan beynəlxalq təşəbbüslərə dəstək verən bir ölkə kimi müxtəlif qlobal məsələlərə həsr edilmiş konfransların, forumların keçirildiyi bir məkana çevrilib.
"Bu da Azərbaycanın inkişafının, dünyada Azərbaycana artan inamın, etimadın göstəricisidir. Bu Zirvə görüşünün də Azərbaycanda keçirilməsi eyni zamanda ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək".
Məlumdur ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bu ərazilərdə bərpa-quruculuq işləri aparılır. Bu baxımdan da bu tədbirin həmin ərazilərdə iqtisadiyyatın inkişafına bir mühim töhvə verəcəyi də gözlənilən amillərdəndir.
Biz cənab prezidentin son səfərlərinin trayektoriyasına baxsaq, təkcə ötən il Orta Asiya ölkələrinə 15 dəfə səfər edib. Bu gün bizim prioritet hədəf və məqsədlərimizdən biri də Mərkəzi Asiya ilə əlaqələrimizin daha da möhkəmlənməsidir. Biz bu gün bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirməyə çalışmalıyıq ki, qarşımıza qoyduğumuz məqsədlərimizə nail olaq. Orta dəhlizlə bağlı, Zəngəzur dəhliziylə bağlı və digər məsələlərlə bağlı Azərbaycan öz planlarını həyata keçirmək üçün addımlarını atır.
Bu gün əslində Azərbaycan həmin ölkələrin, Avropaya, Türkiyəyə, Gürcüstana bir qapı rolunu oynayır. Son illər Azərbaycanda nəqliyyat infrastrukturunu daha da genişləndirib. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda bu istiqamətdə yüklərin daşınmasında artım özünü açıq şəkildə göstərir. Bu gün qardaş, dost əlaqələri nəzərə alınaraq əlbətdə ki, Asiya ölkələri də öz sərvətlərinin xaricə eksport olunmasında maraqlıdırlar. Bu gün Azərbaycanın çox geniş imkanları var ki, Azərbaycan bir lagistik mərkəzə çevrilsin. Bunun üçün bizim artıq infrastrukturumuz hazırdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA