Döyüldüyü iddia edilən məktəblinin anası bəzi məqamlara aydınlıq gətirdi - YENİLƏNİB + VİDEO

Döyüldüyü iddia edilən məktəblinin anası bəzi məqamlara aydınlıq gətirdi - YENİLƏNİB + VİDEOPaytaxtın Sabunçu rayonundakı 90 saylı tam orta məktəbin ikinci sinif şagirdinin xəsarət alması qalmaqal yaradıb.

Daxili işlər Nazirliyi (DİN) və Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi bildirilib. Hər iki qurumun məlumatında noyabr ayının 7-də məktəbin akt zalında iki şagirdin toqquşması nəticəsində şagirdlərdən birinin xəsarət aldığı qeyd olunub.

Maraq doğuran məqam isə baş verən hadisənin 20 gündən sonra ictimailəşməsidir. Əksəriyyət bu məsələdə vaxtında şikayət etmədiyi üçün valideyni qınayıb.

Xəsarət alan şagirdin anası Vüsalə Məmmədzadə Bizim.Media-ya açıqlamasında məsələyə aydınlıq gətirib.

O, deyib ki, hadisə baş verən kimi aidiyyəti qurumlara ərizə ilə müraciət edib:

"Noyabr ayının 7-də üç siniflə birgə məktəbin akt zalında tədbir keçirilib. Həmin tədbirdə övladım naməlum şəkildə xəsarət alıb, mənə heç bir görüntü təqdim olunmayıb. Dəfələrlə direktordan xahiş eləmişəm ki, mənə kömək eləsin, hadisənin necə baş verdiyini bilim. Çünki orada bəzi valideynlər olub, bəlkə onların telefonunda çəkilişdə qalıb.

O qədər ağır xəsarət alıb ki, 9 gün qızımın gözü bağlı qalıb, dərman və müalicələrdən sonra açılıb. Amma o biri uşağın gözündə, üzündə heç bir iz yoxdur. Mənim uşağımla toqquşan uşağın fotolarını anası çəkib, onun alnında heç bir xəsarət izi yoxdur. Həmin uşağın valideyni də mənə sadəcə "Allah şəfa versin" yazmışdı. Xüsusi olaraq uşağımın müalicəsi ilə maraqlanmayıb".

Ana qeyd edib ki, övladı ilə heç kim maraqlanmadığı üçün hadisədən iki gün sonra, yəni noyabrın 9-da 102 xidmətinə müraciət edib:

"O vaxta qədər nə sinif rəhbəri, nə də direktor mənimlə əlaqə saxladı. Özüm əlaqə saxlamaq istəyəndə müəllim dedi ki, qeyri-iş günüdür, direktoru narahat eləmək olmaz. Deyək ki, bu toqquşmadır, heç kim belə hadisədən sığortalanmayıb. Bəs, nəyə görə təcili tibbi yardım çağırılmayıb, məktəbin tibb bacısı müdaxilə etməyib? Müəllim azyaşlı uşaqlara, sinif yoldaşlarına deyib ki, çantanızdakı termoslarla nəsə isladaraq uşağın alnına qoyun. Məktəbin tibb bacısına sual verdim ki, nəyə görə övladıma yardım göstərməmisən? Dedi ki, müəllim mənə heç nə deməyib. Desəydi bir şey edərdim".

Valideyn hadisənin dəqiq araşdırılması üçün bir neçə quruma müraciət etdiyini vurğulayıb:

"Noyabr ayının 9-da 102 xidmətinə, 13-də Elm və Təhsil Nazirliyinə və daha sonra Sabunçu Rayon Prokurorluğuna müraciət eləmişəm. Sadəcə, qurumlardan cavab gözləyirdim. Artıq ayın 27-dir, direktor nə uşağın təhsili, nə də sağlamlığı ilə maraqlanır. Mən də mətbuata müraciət elədim. İstəyim bu işə məsuliyyətsizliklə yanaşanların qanun qarşısında cavab verməsidir. Övladımın yarım qalan təhsili bərpa olunsun, ayın 7-dən övladım ev şəraitində müalicə alır, onun dərsləri ilə məşğul olması üçün evə heç bir müəllim göndərilməyib".

Vüsalə Məmmədzadə direktorun ondan ərizəsini geri götürməsini istədiyini də vurğulayıb:

"Direktor birbaşa ərizəni geri çəkməyimi və qurumlara müraciət etməməyimi istəyib. Deyib ki, sənin atdığın addımda ziyan birbaşa müəlliməyə yox, mənə gəlir. Razı olmamışam. Mənə maddiyyat lazım deyil. İstədiyim məsələnin araşdırılması və o insanların qanun qarşısında cavab verməsidir. Mənim övladımla insan kimi davranılmayıb, ona qarşı laqeydliklə yanaşılıb".

15:14

Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbi və başvermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

13:40

Ötən gün sosial şəbəkələrdə məktəblinin döyülməsi ilə bağlı görüntülər yayılıb. Şagirdin anası Vüsalə Quliyeva məsələ ilə bağlı ATV-nin "Xəbərin olsun" proqramının canlı efirinə qoşulub.

V.Quliyeva çox pis olduğunu, övladının müalicə aldığını bildirib:

"Hazırda övladım müalicə alır. 7 noyabrdan məlum məsələyə görə övladım dərslərdə iştirak etmir. Ana kimi mənə təsir edən odur ki, ən azı, biz yolda gedərkən yıxılan insanı görürüksə, əlindən tutub ona yardım edirik. Bu bizim insanlıq borcumuzdur. Deyirlər, uşaqlar toqquşublar. Kamera görüntüsü tələb etmişdim. Müstəntiq ilə məktəbə baxarkən akt zalında kameranın olmadığını gördük. Uşağın başı dəyəndən sonra müəllim onu sinfə göndərib. Sinif yoldaşlarına da deyib ki, salfeti yaş edib onun alnına qoyun".

V.Quliyeva əlavə edib ki, məktəbin direktoru onunla "anlaşmaq" istəyir:

"Mən onu da başa düşürəm, istəyir ki, işinə ziyan gəlməsin. Qısacası, öz aramızda maddiyyatla həll eləmək istəyirdi. Amma mənim övladım mənə hər şeydən dəyərlidir. Burada mənə qaranlıq olan məqamlar var. Məsələ araşdırılsın, günahkarlar cəzalarını alsınlar".

Daha ətraflı videoda:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3314   Tarix: 27 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının mərkəzində minlərlə ev SÖKÜLƏCƏK

Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir. Hazırda isə Yasamal rayonunu

22 fevral
.

Azərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailə qanunvericiliyinə zidd davranış hesab ediləcək. Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 2

22 fevral
.

Gürcüstan Azərbaycandan Ermənistana neft tranziti üçün simvolik tarif müəyyən edib

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik qiymət müəyyən edib. -ın xəbərinə görə, bu barədə "Sputnik Gürcüstan" nəşri məlumat verib. Məlumata görə, rüsumlar İrəvanda iqtisadiyyat naziri Mariam Kvrivişvili ilə Ermənistanın Ərazi idarəetmə və infrastruktu

21 fevral
.

Üç gün sonra ilk çərşənbəni qeyd edəcəyik

Son günlər müşayiət edilən mülayim havanı hiss edən hər kəs baharın gəlişini gözləməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, artıq gələn həftə Novruzun ilk çərşənbəsini qeyd edəcəyik. Bu il Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Beləliklə, sadəcə üç gün sonra ilk çərşənbədir və bununl

21 fevral
.

Qadınlar üçün müddətdən artıq həqiqi hərbi xidmət 3 ildən 6 ayadək azaldılacaq

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılacaq. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə"

20 fevral
.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu təbrik edib. AZƏRTAC-a istinadən təbrik məktubunun mətnini təqdim edir:. "Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizi və Sizi

22 fevral
.

Yasamaldakı meşəlikdə bina tikiləcək? - Video

Yasamaldakı Qanlıgölün ətrafında yerləşən meşəlik ərazidə ötən ildən bəri park salınacağı ilə bağlı lövhə quraşdırılsa da, heç bir addım atılmır. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, əksinə, həmin ərazidə quruyan və kəsilən ağacların sayı artır. Sakinlər bildirir ki, sözügedən ərazid

20 fevral
.

İstirahət günü yağış intensivləşəcək, qar yağacaq - PROQNOZ

Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşama doğr

21 fevral
.

Xidməti vəzifəsini yerinə yetirərkən faciəli şəkildə ölən FHN əməkdaşının fotosu

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı faciəli hadisə baş verib. "Unikal"ın məlumatıa görə, xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində FHN-nin əməkdaşı, Neftçala rayon sakin

21 fevral