Azərbaycanda məhkəmələrə əlçatanlıq təmin olunub - RƏYLƏR
Ölkəmizdə məhkəməyə çatımlılıq imkanının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması məqsədilə davamlı islahatlar həyata keçirilir. Bəs, islahatlar qarşıya qoyulan məqsədlərə nail ola bilirmi?
Vəkillər Kollegiyasının üzvü, "Mirzayev and Partners Law Firm" hüquq şirkətin rəhbəri Şaiq Mirzəyev mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda məhkəmələrə əlçatanlıq və şəffaflıq təmin olunur.
Lakin vəkil hesab edir ki, əlçatanlıqdan sui-istifadə olunmamalıdır: "Təəssüf ki, bu gün əsassız və açıq-aşkar perspektivsiz iddialar qaldırılır. Bu da məhkəmələrin iş yükünü artırmaqla hakimlərin səmərəli fəaliyyətinə mənfi təsir edir. Düşünürəm ki, xüsusən də kommersiya işləri üzrə məhkəməyə müraciət üçün dövlət rüsumu artırılmalıdır. Kommersiya işlərində iddialar düşünülmüş olmalıdır. Məsuliyyət iddiaçının üzərinə düşməlidir ki, həm qarşı tərəfi, həm də məhkəməni əsassız yerə məşğul etməsin".
Ş.Mirzəyev, həmçinin məhkəmə sədrləri tərəfindən vətəndaş qəbullarının keçirilməsi məsələsinə də toxunub: "Dünya praktikasında məhkəmə sədrləri tərəfindən vətəndaşların qəbulu praktikasına rast gəlməmişəm. Dövlət orqanlarının rəhbər şəxslər tərəfindən vətəndaş qəbulunun həyata keçirilməsi qəbulediləndir, lakin məhkəmə sahəsində bu ənənəni qəbul etmirəm. Çünki bu dolayısıyla məhkəməyə və hakimlərə təzyiqdir. Vətəndaş sözünü məhkəmə zalında deməlidir. Bunun üçün kifayət qədər şərait yaradılıb".
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayev də məhkəmələrə əlçatanlığın təmin olunduğunu deyib: "Çox rahat və əlverişli "Elektron Məhkəmə" informasiya sistemi yaradılıb. Vətəndaşlar məhkəməyə getmədən bu sistem vasitəsilə müvafiq rüsumları ödəyərək müraciətlərini edə bilirlər. Hətta bəzi proseslər üzrə rahat şəkildə bütün yazışmaları da həyata keçirə bilirlər. Bu gün məhkəmələrdə vətəndaşların qəbulu həyata keçirilir. Onlar qəbul edilir, dinlənilir, sualları cavablandırılır. Vətəndaşları narahat edən məsələlələr həll edilir. Məhkəmələrə əlçatanlıqla bağlı hər hansı problem görmürəm".
V.Babayev bildirib ki, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmələrdə şəffaflıq nəzərəçarpacaq dərəcədə artıb: "Məhkəmə şəffaflığının artırılması davamlı bir prosesdir. Bunu 1 gün, 3 gün və ya 1 il ərzində təmin etmək mümükün deyil. Bu, sonsuz bir prosesdir. Lakin hesab edirəm ki, neqativ halların sayı artıq minimuma yaxınlaşır. Təbii ki, xırda nöqsanlar həmişə olur. Ümumilikdə isə məhkəmə sistemində şəffaflıq qənaətbəxş səviyyəyə yaxındır".
Vəkillər Kollegiyasının üzvü, Mərkəz Vəkil Bürosunun müdiri Gülşən Salmanova Azərbaycanda vətəndaşların məhkəmələrə əlçatanlIğını təmin etmək üçün kifayət qədər islahatlar aparıldığını söyləyib: "Bu sahədə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də mülki işlər üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlıdır. Yəni, maddi imkanı zəif olan vətəndaş iddia ərizəsini tərtib edə bilmirsə, yaxud hər hansı mülki iş üzrə apellyasiya şikayəti tərtib edə bilmirsə, dövlət onu vəkillə təmin edir. Bu, məhkəmələrə əlçatımlığı birbaşa təmin edən amildir".
Vəkil eyni zamanda məhkəmələr tərəfindən vətəndaşların müraciətlərinə operativ şəkildə baxıldığını bildirib: "Müvafiq qaydada vətəndaşların müraciətləri cavablandırılır. Uzun illər təcrübəsi olan bir vəkil kimi deyə bilərəm ki, bu sahədə hər hansı çətinliklə qarşılaşmamışıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA