Şahin İsmayılov BMT-nin Azlıqların Məsələləri üzrə Forumunun XVI sessiyasında iştirak edib
Qərbi Azərbaycan İcması 2023-cü il noyabrın 30-dan dekabrın 1-dək Cenevrədə keçirilmiş BMT-nin Azlıqların Məsələləri üzrə Forumunun XVI sessiyasında təmsil olunub. Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Şahin İsmayılov tədbirdə iştirak və çıxış edib.
Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən bu forum milli, etnik, dini və linqvistik azlıqlara dair məsələlər üzrə dialoq və əməkdaşlığın təşviq olunması məqsədi daşıyır.
Qərbi Azərbaycan İcmasının nümayəndəsi forumda etdiyi çıxışında Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların bir milli qrup kimi Ermənistandan tamamilə qovulduğunu və bu ölkənin mono-etnik məkana çevrildiyini qeyd edib.
Etnik və mədəni müxtəlifliyin qorunub saxlanmasının davamlı sülhün bərqərar olması və insan hüquqlarının aliliyi baxımından əhəmiyyətini qeyd edən Ş.İsmayılov Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışının təmin edilməsi məsələsinin BMT-nin insan haqları gündəliyində mühüm yer tutmalı olduğunu vurğulayıb.
İcmanın nümayəndəsi forum çərçivəsində BMT üzv dövlətlərinin nümayəndələri, BMT-nin insan hüquqları təsisatlarının rəsmiləri və xüsusi məruzəçilərlə ikitərəfli görüşlər keçirərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların problemləri, onların Ermənistanda qalmış mədəni irsinin dağıdılması, icmanın beynəlxalq hüquq çərçivəsində qayıdış hüququ istiqamətində həyata keçirdiyi səylər barədə məlumat verib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 835 Tarix: 02 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr