"Dini kəbin qadının haqqının tapdalanmasına xidmət edir" – Elşad Miri
Azərbaycanda ailə quranlar arasında rəsmi dövlət nikahı ilə yanaşı İslam qaydalarına uyğun olaraq dini kəbin də kəsilir. Kəbinin hüquqi əsası olmasa da buna üstünlük verənlər çoxdur. İnsanlar hesab edirlər ki, dini nikah bağlanmasa ailə qurmaq günahdır.
Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri deyib ki, insanlar dini nikah kəsənləri Allahın yerdəki təmsilçisi kimi tanıyırlar:
"Bunun adını indi dini kəbin qoyublar, Peyğəmbərin yaşadığı dövrdə dini kəbin, dünyəvi kəbin və ya dövlət kəbini anlayışı yox idi. Yeganə bir kəbin olurdu, kəbin həmin dövrdə insanların iştirakı ilə həyata keçirilir və bütün ətraf artıq iki nəfərin ailə olduqlarını bilirdi.
Məsələ bundan ibarət idi. Günümüzdə bunu elə bir həddə çatdırıblar ki, dövlət qeydiyyatı, "zaks" anlayışı ola-ola gedib təzədən dini nikah edirlər. Yəni dövlət nikahı dövlət tərəfindən qeydiyyata alınmaq üçün lazımdır, zəruruidir. Dini nikahı isə fikirləşirlər ki, Allah yanında kəsilmiş nikadır. Sanki bunu edən din xadimi, insan da Alalhın yer üzündə təmsil elədiyi və yaxud da təyin elədiyi nümayəndəsidir".
İlahiyyatçı dini kəbinin qadının haqqının tapdanmasına xidmət etdiyini qeyd edib:
"Yəni İslamda belə bir anlayış yoxdur. Müəyyən bir hadisə, boşanma olanda, indiyə qədər görmüsünüzmü, kimsə o din xadiminin yanına getsin, aliment məsələsi, mülkiyyət bölüşdürülməsi və s. kimi məsələlərdə ona müraciət etsin.
Təbii ki, xeyr. Dərhal müraciət edilməli yer məhkəmələr olur. Onu nəzərə alanda, dini kəbin anlayışı, əslində qadının haqqının tapdalanmağına xidmət edir. Çünki kişi sabah istədiyi kimi hərəkət edir deyə, ona görə də bu gün dövlət nikahı dediyimiz anlayış həm də kəbinin yerinə keçən bir məsələdir".
Mənbə: bizim.media
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 989 Tarix: 03 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr