Qərbi Azərbaycan İcması Fransız-alman Artekanalında yayımlanan reportajla bağlı bəyanat yaydı
"Ermənilərin "Arte" telekanalındakı fikirləri onların Azərbaycana qarşı etnik nifrətini sübut edir".
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
"Fransız-alman "Arte" telekanalının hazırladığı reportajda Qarabağdan olan ermənilərin Ermənistanın güclənib "Qarabağı geri alacağı" və "bütün türkləri öldürəcəkləri" barədə xəbis xülyaları yer alıb.
Bu, bir daha ermənilərin məhz Azərbaycana qarşı etnik nifrətə, Azərbaycan bayrağı altında yaşamaq istəmədiklərinə görə Qarabağdan getdiklərini sübut edir.
Bu yaxınlarda Ermənistan cəmiyyətində azərbaycanlıların qayıdışının qəbuledilməz olması barədə verilən bəyanatlar, son illər Ermənistan müxalifətinin "Türksüz Ermənistan" şüarı altında minlərlə insanın iştirakı ilə paytaxt İrəvanda keçirdiyi aksiyalar erməni cəmiyyətinin Azərbaycanofobiya mərəzindən nəinki qurtula bilmədiyini, əksinə bu tendensiyanın daha da gücləndiyini göstərir. Özlərini hamıya beynəlxalq ictmaiyyət kimi sırımağa çalışan bəzi dövlətlər və təşkilatlar tərəfindən belə irqçi əməllərə reaksiya verilməməsi suallar doğurur. Fransa, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, "Freedom House", "Amnesty International" niyə bu halları pisləmir?", - bəyanatda qeyd olunur.
"Əgər Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla davamlı sülhə nail olmaq istəyirsə, onda bu ölkə cəmiyyətində tüğyan edən təhlükəli Azərbaycanofobiyaya qarşı ciddi mübarizə aparmalıdır", - bəyanatda əlavə edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb