Nağı bəy Şeyxzamanlının gəlini vəfat edib

Nağı bəy Şeyxzamanlının gəlini vəfat edibAzərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-yə köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə vəfat edib.

"Report" xəbər verir ki, S.Əlizadə Azərbaycanın tanıdılması, ABŞ-də yaşayan Azərbaycan icmasının birliyi, bötövlüyü və Qarabağ həqiqətlərinin ABŞ icmasına çatdırılması sahəsində əvəzolunmaz fəaliyyətlər göstərib.

O, 2022-ci ildə Prezident İlham Əliyevin təsis etdiyi "Diaspor fəaliyyətində xidmətlərə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, S.Əlizadə ötən il verdiyi müsahibədə ailəsinin Azərbaycandan İrana, oradan isə Türkiyəyə və ABŞ-yə uzanan çətinliklərlə dolu həyat hekayəsindən bəhs edib, Şuşaya səfər öncəsi öz təəssüratlarını bölüşüb. Qarabağın azadlığa qovuşduğunu görmək Solmaz xanımın ən büyük arzusu idi.

Məlumat üçün qeyd edək ki, Nağı bəy Şeyxzamanlı 1919-cu ilin avqust ayında Azərbaycan Xalq Cümhuriyyətində Əksinqilab ilə mübarizə təşkilatının rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 869   Tarix: 04 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr