Kəmaləddin Heydərovun "miqalkalı" korteji əks yola çıxıb təhlükə yaratdı (VİDEO)
Paytaxtın Bakıxanov prospektində qayda pozuntusu qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, dekabrın 4-ü, saat 17:09 radələrində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus 90-AA-900 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil əks istiqamətli yola çıxaraq təhlükəli vəziyyət yaradıb. Eyni zamanda naziri müşayət edən, sayrışan işıqlı, 10-UP-900 dövlət nömrə nişanlı digər "Mercedes" markalı avtomobil də eyni qayda pozuntusunu edib.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasının Prezidenti və ailəsi, Milli Məclisin sədri və Baş nazirdən başqa digər rəsmilərin kortejlə hərəkət etmək səlahiyyəti yoxdur.
Eyni zamanda FHN nazirini müşayət edən avtomobilin operativ nəqliyyat vasitəsi olmadığını nəzərə alsaq quraşdırılan sayrışan işıqlar və səs siqnalları qanunsuzdur.
Videonu təqim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1783 Tarix: 07 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabr