Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 2023-cü ilin noyabr ayının 22-də "Meyvə tinglərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 24.125 manat təşkil edib.

İnstitutut sifarişçi olduğu satınalmada "DONNE KIDS" Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.

"DONNE KIDS" MMC 2023-cü ilin may ayında təsis edilib. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu ev 43, qanuni təmsilçisi isə Sadıqova İnci İntiqam qızıdır.

"DONNE KIDS" MMC-nin fəaliyyət profili, uyğunluq sertifikatları, maddi bazası, faktiki ünvanı barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu daha bir şübhəli satınalmanı 2023-cü ilin avqust ayının 21-də keçirib.

"Dəftərxana və təsərrüfat mallarının satın alınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 11.448 manat, qalibi isə "BLUE DİAMOND" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"BLUE DİAMOND" MMC 2022-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb.

"BLUE DİAMOND" MMC-nin hüquqi ünvanı Zərdab rayonu, Azərbaycan küçəsi ev 19, mənzil 6, qanuni təmsilçisi isə Məmmədova Almaz Xidmət qızıdır.

"BLUE DİAMOND" MMC-nin də maddi bazası, fəaliyyət profili, faktiki ünvanı və digər göstəriciləri barədə açıq internet resurslarında məlumat yoxdur.

Azərbaycanda fəaliyyət göstərən bəzi dövlət qurumlarının sifarişçi olduqları satınalmaları tanış təşkilatlara verdikləri barədə mediada kifayət qədər yazılıb.

Maraqlıdır ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun sifarişçi olduğu satınalmalara nəzər yetirərkən də belə fakta rast gəlinir.

İnstitut 2022-ci ilin sentyabr ayının 30-da "Qərzəkli meyvə bitkilərinin in vitro üsulu ilə çoxaldılması texnologiyasının elmi əsaslarının işlənməsinin satın alınması" lotu üzrə satınalma keçirib. Bu satınalmanın məbləği 69.561 manat, qalibi isə "Agrodev" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Agrodev" MMC Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna heç də yad təşkilat deyil.

Yerli mediada yazılanlara görə bu MMC-nin qanuni təmsilçisi Nəbiyev Elvin Bahəddin oğlu eyni zamanda sifarişçi təşkilat olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olduğu Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan bir sıra təşkilatlarda rəsmi vəzifə tutur.

"AgroDev" MMC-nin rəhbəri Elvin Nəbiyev eyni zamanda "OXFHAM" təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəri, eyni zamanda Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəridir.

"AgroDev" MMC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir çox qurumların tenderlərində qalib edilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu da 2022-ci ilin sentyabr ayının 30-da yekun vurduğu satınalmada bu şirkəti qalib edib.

Qlobal.az mövzu ilə bağlı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan mövqe öyrənib. İnstitutdan verilən cavabda deyilir: "Dövlət satınalmalar haqqında" qanununa müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzarəti altında həyata keçirilir".

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun fəaliyyəti ilə bağlı Hesablama Palatasından da mövqe öyrənilib: "Hesablama Palatası Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda 2022-2023-cü illərdə audit həyata keçirilməyib-"deyə, Hesablama Palatası bildirib.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə yaradılıb. İnstitut Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutun Lənkəran, Abşeron, Qəbələ, Göyçay və Zaqatala rayonlarında filifal, stansiya və dayaq məntəqələri var. Elmi müəssisənin istifsadəsində ümumilikdə 662 hektar torpaq var.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlıdır.

O, 2015-ci ildən Kənd Təsərrüfatı Nazirliyin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləyir.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1140   Tarix: 07 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub. Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranı

2 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr