Ağdaşda məktəbli qollarını kəsərək, sosial şəbəkədə paylaşıb - AÇIQLAMA
Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayon məktəblisinin qollarını kəsərək özünə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, idarənin tabeliyində fəaliyyət göstərən Ağdaş şəhər M.İsayev adına tam orta məktəbin 8 "a" sinif şagirdi dekabrın 5-i, saat 21 radələrində sol qolunu bir neçə yerdən kəsərək özünə bədən xəsarəti yetirib:
"Daha sonra bunu "Instagram" sosial şəbəkə hesabında canlı yayım açaraq paylaşıb. Bundan sonra hüquq-mühafizə orqanının "Çağrı Mərkəzi"nə müraciət edərək onun sosial şəbəkə izləyicisi olduğu şəxsin nalayiq ifadələr yazdığını bildirib. Dekabrın 6-da dərsdə iştirak etməyən qız həmin gün saat 15:00-da məktəbə dəvət olunub və onunla profilaktik söhbətlər aparılıb".
İdarədən vurğulanıb ki, söhbət zamanı qız stresə düşdüyünü və əsəbiləşərək bu əməli törətdiyini vurğulayıb:
"Şagirdin polis şöbəsində verdiyi izahatında hadisəyə səbəb kimi anasının nənəsini döyməsi və bıçaqla fiziki zorakılıq tətbiq etməsi faktı təsdiqini tapmayıb. Hazırda məktəblinin vəziyyəti normaldır və dərsdə iştirak edir. Bundan əlavə, şagirdlə mütəmadi olaraq məktəbin psixoloqu tərəfindən görüşlər keçirilir".
Qeyd edək ki, ötən gün Ağdaş rayonunda yeniyetmə qızın intihara cəhd etməsi barədə məlumat yaymışdıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1473 Tarix: 07 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabr