Yerüstü piyada keçidlərindən niyə İMTİNA EDİRİK? – Ekspert qüsurları SADALADI

Yerüstü piyada keçidlərindən niyə İMTİNA EDİRİK? – Ekspert qüsurları SADALADIHər gün yol-nəqliyyat hadisələri ilə bağlı məlumatlara rast gəlinir. Xeyli sayda insan baş verən qəzaların qurba nı olur.

Dəhşətli statistika

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 9 ayı ərzində yol qəzalarında 627 nəfər həlak olub. Ümumilikdə isə 1204 qəza qeydə alınıb. Qəza sayı ötən illə müqayisədə azalsa da, qəzada ölənlərin sayı artıb. Belə ki, 2022-ci ilin eyni dövründə 599 nəfər avtomobil qəzasında həlak olub.

Baş verən yol-nəqliyyat hadisələrinin bir hissəsi piyadalarla bağlıdır. Magistral yollarda piyadalar üçün yerüstü və yeraltı piyada keçidi quraşdırılıb, eləcə də piyada zolağları çəkilib.

Bununla belə bəzi hallarda onlardan istifadə olunmur. Piyadaların keçidlərdən imtinası onlara canları hesabına başa gəlir.

İnsanları belə təhlükəyə atan isə bir sıra hallarda keçidlərin əlverişsiz olmasıdır. Belə ki, bəzi yerüstü və yeraltı keçidlərdə eskalatorlar quraşdırılsa da, çoxu işləmir. Yaşlı insanlar 3-4 metr məsafəni düşüb-çıxmaqda çətinlik çəkirlər. Pillələri arasındakı məsafə də normal pilləkəndən fərqlənir. Eskalator əzabından qurtulmaq istəyənlər özləri də bilmədən təhlükənin içinə düşürlər.

Bir neçə gün öncə 71 yaşlı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi Xətai rayonu, 8 Noyabr prospektində də yerüstü piyada keçidindəki eskalatorun vaxtaşırı işləmədiyi bildirilir. Sakinlər iddia edirlər ki, eskalator günün müxtəlif saatlarında işləmir.

"Piyada öz-özünü təhlükəyə atır"

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı mövzu barədə danışarkən bunu piyadaların bəhanəsi kimi dəyərləndirib:

"O keçidlər uzun illərdir tikilib, istifadəyə verilib. İnsanlar yaxşı bilir ki, o yolda dəfələrlə insanları maşın vurub, öldürüb. Çünki təhlükəli vəziyyətdir, piyadalar keçidlərin dirəklərinin arxasından özlərini qəfil yola atırlar, sürücü son anda görür və hadisədən yayına bilmir. Sonra da deyirlər ki, piyadalar üçün təhlükəli vəziyyət yaranıb. Axı piyada öz-özünü təhlükəyə atır.

Müasir yerüstü və yeraltı keçidlərdə eskalatorlar və s. nəzərdə tutulub. Əlbəttə, olub-olmaması da problemdir. Bəziləri günlərlə işləmir, bəziləri günün bəzi saatları işləyir. Amma istənilən halda insan görür ki, çoxzolaqlı yoldur, təhlükədir, lift olmasa, eskalator işləməsə belə keçid var. Canına qıymaq istəməyən adam, ən azından, bir başqasından bunun üçün kömək istəyər. Ümumilikdə, insanlarımız sanki təhlükəni adi hal kimi qarşılayıb, üzərinə gedirlər.

Lİft, eskalator davası eləyən insanların çoxu 3-5-7 mərtəbəli binalarda yaşayır. Hər gün evlərinə qalxıb düşürlər. Nə oldu? Keçidə çatanda ayaqları ağrıyır?

Sadəcə, istifadə etmirlər, nəticədə qəza olur , özləri bir yana hansısa sürücünü də bədbəxt edirlər, onu psixoloji sarsıntı ilə üz-üzə qoyurar, cinayət məsuliyyətinə cəlb olunur, yəni normal insan hansısa bir səhlənkar piyadanın ucbatından olur cinayətkar".

"Hadisə baş verən ərazidə 3 keçid var"

Ekspert piyada keçidlərinin quraşdırılması ilə bağlı qüsurların da olduğunu vurğulayıb:

"Mən qəbul edirəm ki, biz piyada infrastrukturu məsələsinə baxmalıyıq. Aidiyyatı qurumlar piyadalar üçün yaradılan şəraiti bir daha gözdən keçirməlidirlər. Konkret həmin prospektdə piyadalara kifayət qədər şərait yaradılıb. 30 faiz qüsurludur, keçidlərarası məsafəni bir çox ərazilərdə düzgün qiymətləndirmirəm.

Hadisənin baş verdiyi 8 Noyabr prospektində 700 metr məsafədə 3 piyada keçidi yan-yanadır. Amma üzü şəhər istiqamətinə gələndə bir kilometrdən bir piyada keçidi tapılmır. Necə olur ki, 1 km məsafədə 3 dənəsini, amma üzü şəhər istiqamətinə gələndə yaşayış, iş yerlərinin olduğu yerdə keçid tikmirlər. Bu, problemli prospektdir. Ona görə də ərazini bir daha müayinə eləmək, problemləri üzə çıxarmaq və həll etmək lazımdır".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli hazırda həmin prospektlərdəki piyada keçidlərindəki eskalatorlarda texniki nasazlığın olmadığını deyib.

Mənbə: bizim.media


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1177   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

2 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr