Azərbaycanda fərqli dəfn İSTƏYİ – Öləndən sonra nəşin yandırılması qanunvericilikdə necə TƏNZİMLƏNİR?
Dinlərin əksəriyyətində vəfat edən insanın dəfn qaydası belədir ki, insan öldükdən sonra bədəni torpağa qovuşmalıdır. Dünyanın bir çox xalqlarında vəfat etmiş şəxsin yandırılaraq son mənzilə yola salınması ilə bağlı da adətlər var. Bu proses kremasiya adlanır.
Azərbaycanda dəfn zamanı insanlar torpağa tapşırılır, onun cənazə namazı qılınır. Çünki xalqın böyük əksəriyyəti İslam dininə sitayiş edir. Lakin Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə hər millətdən, irqdən, müxtəlif dinlərə sitayiş edən insanlar var. Yəni ölümündən öncə kiminsə öz cəsədinin yandırılmasını vəsiyyət etməsi halları mümkündür.
Xatırladaq ki, bu günlərdə tanınmış jurnalist Vüsal Məmmədov öləndən sonra nəşinin yandırılmasını istəmişdi:
"Böyük məmnuniyyətlə istəyərəm ki, öldükdən sonra nəşimi yandırsınlar, külümü də Xəzər dənizinə töksünlər. Övladım da dünyasını dəyişəndən sonra yəqin ki, məni yad edən olmayacaq. Onda nə mənası var ki, öləndən sonra üç kvadratmetr torpağı tutum. Bir milyon insanın dəfni üç milyon kvadratmetr torpağı zəbt etmək deməkdir" - deyə o bildirib.
Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində şəxsin vəsiyyətinə uyğun olaraq cəsədinin yandırılması necə tənzimlənir?
Hüquqşünas Pərviz Hacıyev bildirib ki, dəfn prosesləri qanunvericiliklə tənzimlənmir:
"Azərbaycan dünyəvi dövlətdir. Bizdə din dövlətdən ayrıdır. Təbii ki, buranın böyük əksəriyyəti müsəlmanlardır, lakin ölkəmizdə müxtəlif dindən olan millətlər yaşayır. Şəxsin ölümünün qeydə alınmasından sonra, onun öz vəsiyyəti əsasında cənazəsinin dəfn olunub-olunmaması qanunvericiliklə müəyyən olunmur.
Məsələnin dini tərəfindən baxdıqda, bizdə ölən şəxs üçün cənazə namazı qılınır. Yəni bu, həm də adət halını alıb. Lakin hüquqi müstəvidə ölənin cənazəsinin dəfni ilə bağlı qanun yoxdur. Məsələn, Azərbaycan qanunvericiliyində Eftanaziya (red. Şəxsin xəstəliyinə görə, özünün istəyi ilə tibbi müəssisələrin onun həyatına son qoyması) qadağandır. Amma dəfn məsələsini qanunvericilik tənzimləmir".
Mənbə: bizim.media
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3400 Tarix: 09 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabr