"Cavid 2016" MMC tənha qadının başına oyun açdı – Qazı, işığı kəsildi, pilləkəni söküldü
Bakıda tikinti şirkəti tənha yaşayan qadının evininin bir hissəsini qanunsuz olaraq söküb. Söküntünün dayandırılması ilə bağlı məhkəmə qərarı olsa da icra olunmur. Övladı hərbi xidmətdə olan qadının evi indi tikintinin içərisində qalıb.
Tikinti özbaşınalığı Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində "Cavid 2016" MMC tərəfindən həyata keçirilir.
Şirkət tərəfindən inşa edilən "Zümrüd" yaşayış kompleksinin tikintisi zamanı qanunsuz və hüquqa zidd hərəkətlərə yol verilib.
Vətəndaş Şahbazova Lamiyə Zülfüqar qızı sözügedən ərazidə ikiotaqlı mənzilə sahibdir və yaşayış evi "Malakan kilsəsi" deyilən ikimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir.
Lamiyə Şahbazova xroniki xəstəlikdən əziyyət çəkir. Mülkiyyətçinin evi xarabalığa çevirilib. Bütün rəsmi qurumlara edilən müraciətlərə baxmayaraq "Cavid 2016" MMC rəhbərliyinin qanunsuz hərəkətlərini dayandıran yoxdur.
Çoxmənzilli yaşayış binasının tikintisinə icazə verənlər ərazidə olan mənzillərin qəzalı vəziyyətə salınmasına nəzarət etmir. Mülkiyyət sahibinin razılığı olmadan onun evinin bir hissəsi dağıdılıb.
Mənzil sahibinin qaz xətti sıradan çıxarılıb, sayğacı götürülüb, elektrik xətti kəsilib, sayğacı aparılıb. Sayğacları sökən, mənzili qəzalı vəziyyətə salanlara qarşı heç bir tədbir görülməyib.
Vəkil Səbuhi Axundov bildirir ki, son olaraq isə evə qalxan pilləkənlər sökülüb: "Vətəndaşın əmlakı məhv edilir, cinayət törədilir, mülkiyyət hüquqları, mənzil hüquqları pozulur. Məhkəmənin söküntüyə qadağa qoyulmasına dair iddianın təmin tədbiri haqqında qərardadını aktlaşdırmaq üçün icra məmuru ilə ora getmişdik. Şirkətin sahibi Xudu adlı şəxs icra məmurunun telefonuna zəng elədi.
İcra məmuruna "get işinlə məşğul ol" dedi. Sonra nəsə danışdılar, hüquqşünasları gəldi və qərar izah olundu ki, sökmək qadağandır. Mən o qərardaddan da şikayət vermişəm ki, söküntü qadağan edilirsə, tikinti də qadağan olunmalıdır. Bu qərar icraya çatana kimi sökdüklərini söküb qadının evinin pəncərəsinin önünü beton tunba ilə bağladılar".
Qeyd edək ki, "Cavid 2016" MMC-nin adı 2018-ci ildə Prezident Administrasiyasına vətəndaşların ən çox şikayət etdiyi şirkətlər sırasındadır. (Müsavat.com)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 920 Tarix: 11 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabr