Penitensiar xidmətin rəisi Azərbaycan yüksək səviyyəli beynəlxalq tədbirdə təmsil edib

Penitensiar xidmətin rəisi Azərbaycan yüksək səviyyəli beynəlxalq tədbirdə təmsil edibÜmumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 75-ci ildönümü münasibətilə "İnsan Hüquqları 75" təşəbbüsü çərçivəsində Cenevrədə beynəlxalq konfrans keçirilib.

Dünyanın 150-dən çox ölkəsinin yüksəksəviyyəli şəxslərinin, o cümlədən dövlət və hökumət başçılarının, vitse-prezidentlərin, parlament üzvlərinin, xarici işlər, ədliyyə və məhkəmə orqanları, elm və təhsil müəssisələri rəhbərlərinin, Avropa Şurası baş katibinin və digər beynəlxalq təşkilatların məsul nümayəndələrinin, hüquq müdafiəçilərinin iştirak etdiyi tədbirdə ölkəmizi ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətində Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA), Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul rəhbər işçiləri təmsil olunublar.

Tədbirin açılışında BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Volker Türk giriş nitqi çıxış edib. Konfransda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulundan ötən dövrdə bu sahədə öhdəliklərin icrası və əldə olunan nailiyyətlər, insan hüquqlarına bərabər və ədalətli yanaşmanın tətbiqi və digər aktual məsələlər müzakirə olunub, iştirakçı dövlətlər bu sahədə görülən tədbirlər və insan hüquqlarının universallığına və bölünməzliyinə dair yenilənmiş öhdəliklər barədə məlumat veriblər.

Azərbaycan tərəfi "İnsan Hüquqları 75" təşəbbüsü çərçivəsində götürdüyü öhdəlikləri - ölkəmizin işğaldan azad edilmiş bölgəsinə məcburi köçkünlərin öz keçmiş yaşayış yerlərinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı, həmin ərazilərin minalardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məsələlərini diqqətə çatdırıb, bununla bağlı beynəlxalq ictimaiyyəti dəstək göstərməyə çağırıb.

Sonra tədbir panel sessiyalarla davam edib. "İnsan hüquqlarının gələcəyi, inkişaf və iqtisadiyyat" adlı sessiyada çıxış edən ədliyyə nazirinin müavini M.Seyidov bəyannamədə təsbit edilən fundamental insan hüquqlarının müdafiəsinə sadiqliyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və İnsan Hüquqları Şurasının inkişaf hüququnun təşviqi və müdafiəsi ilə bağlı görülən tədbirləri, Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində insan hüquqlarının təşviqini və qlobal pandemiya ilə bağlı digər dövlətlərə humanitar dəstəyini vurğulayıb.

Vətən müharibəsində azad edilmiş ərazilərimizin işğal dövründə Ermənistan tərəfindən büsbütün dağıdılaraq minalanması faktı diqqətə çatdırılaraq müharibədən sonra 340 insanın mina terrorunun qurbanı olduğu, bunun yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngitdiyi vurğulanıb.

Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz iqtisadi gücü hesabına torpaqlarımızın sürətli bərpası, "Böyük Qayıdış" Proqramına uyğun "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasına əsaslanan ən müasir şəhərsalma prinsiplərinin tətbiqi, öz doğma yurdlarına qayıdan soydaşlarımız üçün ən yüksək insan hüquqları standartlarının təminatı barədə tədbir iştirakçıları məlumatlandırılıblar. Azərbaycanın vətəndaşlara xidmət sahəsində innovasiyaları, o cümlədən BMT-nin bir sıra təltiflərinə, habelə cari ildə 10-cu Dünya Hökuməti Sammitində "Dünyanın ən yaxşı hökumət xidməti" mükafatına layiq görülmüş "ASAN xidmət" brendi və digər təcrübələri maraqla qarşılanıb.

İki gün davam edən yüksəksəviyyəli beynəlxalq konfrans bağlanış mərasimi ilə başa çatıb. Çıxış edən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların təmsilçiləri konfransın Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə mühüm töhfə olmaqla insan hüquqlarının inkişafına xidmət etdiyini vurğulayıblar.

Tədbirdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi Qalib İsrafilov iştirak edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 801   Tarix: 13 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr