"Əsirlərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilib yekun sülhə yaxınlaşdıran amil kimi dəyərləndirilə bilər"-ŞƏRH

"Əsirlərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilib yekun sülhə yaxınlaşdıran amil kimi dəyərləndirilə bilər"-ŞƏRH"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də birgə açıqlamasında da ifadə olunduğu kimi, artıq hər iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşərək münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Bildiyiniz kimi, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etməyi öhdəsinə götürmüşdü. Bu gün həmin əsirlərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilərək bizi yekun sülhə yaxınlaşdıran ciddi amil kimi dəyərləndirilə bilər. Əsirlər arasında say nisbətinə gəlincə, unutmamalıyıq ki, bu, əsirlərin dəyişdirilməsi yox, humanizm dəyərlərinin rəhbər tutularaq etimad quruculuğuna yönəli və sülhü hədəfləyən xoşməramlı addımdır".

Bu sözləri Sonxeber.az-a deputat Bəhruz Məhərrəmov açıqlama verib.

O bildirib ki, digər tərəfdən, Azərbaycan xalqa və dövlətə qarşı konkret cinayətlərə görə ittiham olunan şəxsləri, o cümlədən separatçıların liderləri və digər terrorçuları təhvil vermir.

"Yəni bu gün əsirlərin mübadiləsi 7 dekabr birgə bəyanatının ardınca Qafqazda sülhə doğru aparan ikinci addımdır. Bildiyiniz kimi, razılığa müvafiq olaraq, bundan öncə Ermənistan COP29-a ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləmişdi. Azərbaycan isə xoş niyyətin təzahürü olaraq, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə dəstək vermişdi. Əlbəttə, bu kimi nəticələr iki ölkə arasında qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək gedişlərdir və beynəlxalq ictimaiyyət də bu səyləri dəstəkləməlidir. Lakin unutmamalıyıq ki, mövcud situasiya proseslərin təbii axarının nəticəsi deyil, bu reallığa cənab İlham Əliyev hərbi-siyasi yolla nail olub və əgər Azərbaycanın istər Vətən müharibəsindəki qələbəsi, cənab İlham Əliyevin qətiyyəti ilə aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi, habelə antiterror tədbirləri ilə cəmi 23 saata separatimzə öldürücü zərbə vurulmasaydı, bu gün etimad quruculuğu prosesi və yekun sülhə doğru real addımlardan danışa bilməzdik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 958   Tarix: 14 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr