Deputat şikayət etdi, sabiq məmur saxlanıldı - Mərhum oğlunun torpağını satıbmış (TƏFƏRRÜAT)

Deputat şikayət etdi, sabiq məmur saxlanıldı - Mərhum oğlunun torpağını satıbmış (TƏFƏRRÜAT)Deputatın şikayəti əsasında Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulova hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, sabiq məmur Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sabiq sədri Eldar İbrahimovun vəfat edən oğluna məxsus torpaq sahəsini başqa vəzifəli şəxsin yaxın qohumunun adına rüşvət qarşılığında rəsmiləşdirməkdə ittiham edilərək saxlanılıb və iş məhkəməyə göndərilib. Zərərçəkmiş qismində deputat Eldar İbrahimov tanınıb.

Zəfər Abdulov 2015-ci ildə deputatın vəfat etmiş oğlu Rza İbrahimova məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağlar sahəsində 51 nömrəli bağ tikinti kooperativi nəzdində 0,12 hektar torpaq sahəsinin sənədini saxtalaşdıraraq, başqa bir şəxsin adına keçirib. Həmin şəxs də torpağı başqa bir iki nəfərin adına keçirib. Daha sonra orda villa tikilib.

Bu villa energetika nazirinin keçmiş müavininin (adı açıqlanmır) yaxın qohumuna məxsus olub. Həmin vaxt nazir müavini olan şəxs Eldar İbrahimova bir dəfə zəng edərək, sözügedən torpaq üçün 20 min manata yaxın məbləğə qohumunun adına çıxarış alındığını bildirib. Bu səbəbdən deputatla aralarında mübahisə yaranıb.

Amma sabiq nazir müavini məhkəmə ifadəsində Eldar İbrahimova 2015-ci il tarixdə Əmlak Komitəsində işləyən Zəfər adlı şəxsə 20.000 manat pul verməklə qeyd olunan torpaq sahəsinin almasını demədiyini bildirib: "Dedikləri yalandır, heç vaxt o mövzuda danışıq olmayıb. Əmlak Komitəsinə müraciət etməsini deyib və həmçinin özü də Əmlak Komitəsində olan rəhbər şəxslərdən birinə zəng edərək, Yusifin (qohumu) ev tikdiyi torpaq sahəsinə tezliklə çıxırışın verilməsinin surətləndirilməsini xahiş edib".

Ətraflı
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına dair çıxarış cinayət işinin materiallarında saxlanılıb.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Eldar İbrahimov övladına aid torpağın sözügedən məmur tərəfindən saxtalaşdırılaraq başqasının adına rəsmiləşdirildiyini təsdiqləyib:

"Bəli, belə olub. Artıq bu məsələnin başını buraxmışam. İllərdir bu torpaqla bağlı problem yaşayırıq. Oğlum dünyasını dəyişdikdən sonra torpaq mənim adımı daşıyan nəvəm Eldar İbrahimovun adına keçdi. Bu prosess illərdir uzanır. Pul olan yerdə hər şey olur. Nazir müavini ilə də bir dəfə danışmışam. Adını açıqlamaq istəmirəm. Bu o qədər qəliz bir prosessdir ki... O, vəzifəli şəxs mənim şikayətim əsasında saxlanılsa da, hadisənin üstündən 7 il keçdiyindən həbs etmədilər".

Qeyd edək ki, 2021-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun və sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olaraq, öz səlahiyyətlərindən sui-istifadə etməklə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilərək saxlanılmışdılar.

Onu da qeyd edək ki, Eldar İbrahimovun oğlu Rza İbrahimov 2001-ci ildə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində diplomatik xidməti vəzifəsini yerinə yetirərkən avtoqəzada həyatını itirib. Həmin vaxt onun 29 yaşı var idi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2072   Tarix: 15 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr