Vəfat edən şəxsin kredit borcunu kim ödəməlidir? - ARAŞDIRMA

Vəfat edən şəxsin kredit borcunu kim ödəməlidir? - ARAŞDIRMABu gün bir çox insanı maraqlandıran suallardan biri də vəfat edən şəxslərin kredit borclarının kimlər tərəfindən ödənilməli olduğudur. Bəzən yaxınını itirmiş şəxslər, xüsusilə də zamin duran insanlar ondan geriyə qalan borcu ödəməkdən imtina edirlər. Bu da banklarla həmin şəxslər arasında münaqişələrə səbəb olur.

Şəxs öldükdən sonra onun həyatda olduğu dövrdə götürdüyü kredit borclarının aqibəti necə olur?

Mövzu ilə bağlı Sonxeber.az-a Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov açıqlama verib.
Vəfat edən şəxsin kredit borcunu kim ödəməlidir? - ARAŞDIRMAO bildirib ki, ölən şəxsin bankda olan kredit borcu ilə əlaqədar vərəsələri barədə məhkəmələrə müraciətlər olunur. Əslində bu münasibətlər qanunvericilikdə birmənalı tənzimlənmişdir.

"İlk növbədə qeyd edilməlidir ki, ölən şəxsin həm hüquqi və də fiziki şəxslərin qarşısında öhdəlikləri ola bilər. Lakin şəxs öldükdə hüquqi fəaliyyət qabiliyyətini itirdiyindən, öhdəliklərin icrası qeyri-mümkün olur. Buna misal üçün şəxsin ölməmişdən əvvəl hər hansı bir mağazadan götürdüyü məhsulun kredit ödənişlərini, eyni zamanda daha çox rast gəlinən bank qarşısında götürdüyü kredit öhdəliklərini göstərmək olar. Vətəndaşlarımızda yalnış bir fikir formalaşmışdır ki, əgər şəxs ölürsə, onda onun öhdəliklərinə də xitam verilir. Əslində vərəsəliklə bağlı münasibətləri tənzimləyən normalarda göstərilmişdir ki, miras şəxs öldükdə və ya ölmüş elan edildikdə açılır. Mirasa əmlak aktiv və passivdən ibarət olur. Aktivlərə şəxsin daşınar, daşınmaz əmlakı və digər qiymətli əşyalar aid edilir. Passivə isə şəxsin öləndən sonra borcları, kredit və digər öhdəlikləri aiddir. Beləliklə görürük ki, vərəsələr şəxsin ölümündən sonra onun əmlakı ilə bərabər onun öhdəliklərini və borclarını da qəbul etməyə məcburdurlar. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən işlərdən biri də kreditorun borculunun vərəsələrini məhkəməyə verməklə onlardan öhdəlikləri yerinə yetirməsini tələb etməsidir. Bir sözlə şəxs öldükdən sonra onun vərəsələri bir başa həmin öhdəliklər üzrə borcluya çevrilirlər. Lakin vətəndaşlar bir məqamı unutmamalıdılar ki, şəxs öləndən sonra heç bir aktiv saxlamamışdırsa, onda passivlər də vərəsələrə keçmir. Yəni miras əmlakın aktiv hissəsini qəbul edən vərəsə, həmin pay üzrə də passiv, yəni öhdəlikləri də qəbul edir. Əgər şəxsin əmlakı yoxdursa, vərəsələrə qarşı öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələblərin irəli sürülməsi yol verilməzdir".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4007   Tarix: 15 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub. Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranı

2 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr