Mərhum Xalq artisti Ramiz Novruzun övladları arasında qalmaqal: "Düşmənim qardaşımdır" - FOTO

Mərhum Xalq artisti Ramiz Novruzun övladları arasında qalmaqal: "Düşmənim qardaşımdır" - FOTO"Qardaşımın keçmiş həyat yoldaşı Əzizə və bacım Şəfəq arasında qalmaqal yaranıb. Keçmiş gəlinimiz bacım haqqında polis bölməsinə müraciət etməyə hazırlaşırdı".

Bu fikirləri Oxu.Az-a mərhum Xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz deyib. O bildirib ki, bacısı Şəfəq Novruz sosial şəbəkələrdə ailədaxili söz-söhbətləri ictimailəşdirərək, səhvə yol verib:

"Şəfəq dəfələrlə paylaşım etdi, məsələnin bağlanmasına imkan vermədi. Əzizə polis bölməsinin qarşısına gedəndə mənə zəng etmişdi, Lənkəranda səfərdə idim, ona bildirdim ki, sakitləşsin, söz-söhbət böyüməsin. Niyyətim sadəcə keçmiş gəlinimizi fikrindən daşındırmaq, ailəmizin adını, birliyini qorumaq idi. O isə mənim səsimi qeyd edərək, öz lehinə istifadə etməyə çalışıb. Bundan sonra Şəfəqlə də aramızda inciklik yarandı, bacım keçmiş gəlinimizi guya müdafiə etdiyimi düşünüb. Halbuki mən kimin günahkar olduğunu çox yaxşı bilirəm. Əzizənin səhvləri var, bunu hamımız yaxşı bilirik, amma qardaşımın övladlarını da düşünməliyik, onların gələcəyi vacibdir. Özü həssas dönəmdədir, mənəvi çöküb, artıq məsələnin bu qədər böyüməsini həzm edə bilmir. Belə məqamlarda kimsə daha müdrik davranmalıdır ki, hər iki tərəf sakitləşsin, Əzizənin başqa səhvlərinin də üstü açılmasın, söz-söhbət uşaqlara da mənfi təsir etməsin".

Cavidan Novruz onu da bildirib ki, Şəfəq Novruz atasının vəfatından sonra psixoloji gərginlik içərisindədir:

"Biz ona çox yalvardıq ki, ailədaxili məsələləri ictimailəşdirməsin, sosial şəbəkələrdə paylaşıb, daha da böyütməsin. Amma o bizi dinləmədi. Hər birimiz onun yanında olmağa çalışdıq, bizə qapını belə açmadı. Məni isə son məqamdan sonra, ümumiyyətlə, görmək istəmir. Bundan sonra nə deyə bilərəm.
Allah Əzizəyə də kömək olsun, ümid edirəm, bundan sonrakı addımlarını düzgün atar".

Qeyd edək ki, mərhum Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz özünün sosial şəbəkə hesabında qardaşı Cavidan Novruz haqqında "bundan sonra düşmənimdir" şəklində paylaşım edib.
Mərhum Xalq artisti Ramiz Novruzun övladları arasında qalmaqal: "Düşmənim qardaşımdır" - FOTOMərhum Xalq artisti Ramiz Novruzun övladları arasında qalmaqal: "Düşmənim qardaşımdır" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2951   Tarix: 16 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley

25 sentyabr
.

Serenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda

Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ

29 sentyabr
.

Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO

Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü

29 sentyabr
.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27 sentyabr
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29 sentyabr
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

1 oktyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

Keçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf

Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd

29 sentyabr
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20 sentyabr