Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Sabahdan hava şəraiti dəyişəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Dekabrın 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enərək, gecə 1-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, sabah gündüz şimal və qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2485 Tarix: 16 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yanvarda metrodan istifadə edən sərnişinlərin sayı 2 %-dən çox azalıb
Bu ilin yanvarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 17 milyon 595,6 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 388,8 min nəfər və ya 2,2 % azdır
21 fevralUşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR
Əmək şəraiti və stajına görə, həmçinin uşaqlı qadınlar və azad edilən ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlə bağlı yeni qaydalar tətbiq ediləcək. Trend-in əldə etdiyi məlumata görə, sözügedən şəxslərə istifadə etmədikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək. Əmək şəraitin
22 fevralİstirahət günü yağış intensivləşəcək, qar yağacaq - PROQNOZ
Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşama doğr
21 fevralDilənçinin qarşısında ödəniş terminalı görənlər şok oldu - VİDEO
Türkiyənin Şanlıurfa şəhərində qeydə alınan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub. Küçədə dilənçilik etdiyi bildirilən bir qadının qarşısında POS-terminal (ödəniş terminalı) olduğu görülüb. türk mediasına istinadən xəbər verir ki, hadisəni mobil telefonla lentə alan vətəndaş təəccübün
20 fevralSüni intellekt heç vaxt bu 3 peşəni əvəz edə bilməyəcək
Bill Gates süni intellektin sürətlə yayıldığı bir dövrdə hələ də dəyişməyəcək üç peşəni açıqlayıb. Onun fikrincə, proqramlaşdırma, biologiya və enerji sahəsində çalışan mütəxəssislər süni intellekt tərəfindən əvəz olunmayacaq. xəbər verir ki, Microsoft qurucusuna görə, süni intellekt bir çox sahədə işləri
20 fevralBakıda YENİ metrostansiya - ADI da...
Xəbər verildiyi kimi, paytaxtın Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır. Sakinlərin sözlərinə görə, illərdir təmiri gedən stansiyanı
22 fevralApreldə neçə gün iş olmayacaq?
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, aprel ayında qeyri-iş günü nəzərdə tutulmayıb. Beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali aprel ayında yalnız həftəsonları istirahət edə biləcək
21 fevralŞənbə günü Bakıda 18 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperatur
20 fevral