Estoniya kanalı yenidən qurulan Füzulidən süjet hazırlayıb - VİDEO
"Artıq başa çatmaq üzrə olan il azərbaycanlı keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması ilə nəticələndi və Azərbaycan bu bölgəyə nəzarəti tam bərpa etdi".
Bu sözləri Füzuli şəhərində aparılan yenidənqurma işləri ilə tanış olan və orada çəkiliş aparan Estoniyanın ERR milli teleradio yayım şirkətinin jurnalisti Anton Alekseyev deyib.
"Füzuli 2020-ci ilin payızında azad edildi. Biz işğaldan altı ay sonra operator Kristya Svirqsden ilə bura gələndə şəhər xarabalıqdan ibarət idi. Bu gün isə Füzuli sıfırdan yenidən qurulur", - deyə jurnalist vurğulayıb.
O bildirib ki, vaxtilə doğma şəhərini tərk etmək məcburiyyətində qalan mindən çox insan artıq Füzuliyə qayıdıb.
Öz növbəsində estoniyalı jurnalistlərə müsahibə verən Azərbaycan Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsinin müşaviri İslam Əmirxanov bildirib ki, hələlik dövlət məcburi köçkün olmuş füzulililərin doğma yurduna məskunlaşdırılmasına üstünlük verir.
"Daha sonra, təbii ki, istənilən şəxsin buraya köçmək hüququ olacaq. Amma indi prioritet Füzuli sakinlərinə verilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb