Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər

Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblərAzərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər.

"Report"un xəbərinə görə, onlar İqbal Ağazadənin sədri olduğu Ümid Partiyası və Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə belə bir qərarın qəbul olunmasının səbəbini açıqlayarkən qeyd edib ki, ölkə daxilindəki problemlərin həlli istiqamətində mübarizə və fəaliyyətlərini, prinsip və düşüncələrini yenə də ardıcıl və sistemli davam etdirəcəklər:

"Lakin bu mərhələ ölkə suverenliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həlledici mərhələdir. Başladığı işi uğurla sona çatdırması üçün bu seçkidə iddia və istəklərimizdən, şəxsi və partiya mənafelərimizdən daha çox Azərbaycanımızı düşünərək, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyirik".

Haqq və Ədalət Partiyasının yaydığı açıqlamada isə partiyanın geniş tərkibdə iclasının keçirildiyi qeyd olunub:

"Qarşıdan gələn Prezident seçkiləri məhz ona görə bayram əhvalı yaradacaq ki, azad olunmuş doğma Qarabağ torpaqlarımızda, yəni Respublikamızın bütün ərazisində ilk dəfə Azərbaycanın yaratdığı seçki məntəqələrində Azərbaycanın Dövlət bayraqları dalğalanacaq, soydaşlarımız sərbəst və demokratik şəkildə öz Prezidentini seçəcəklər. Partiya üzvləri də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qəbul etdiyi qərarı dəstəklədiklərini və seçkilərdə öz doğmaları ilə aktiv şəkildə iştirak edərək İlham Əliyevin lehinə səs verəcəklərini söyləyiblər. Sonda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 770   Tarix: 18 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi

Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. R.Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb

8 iyun
.

"Paşinyanın qələbəsi ona Azərbaycanla sülh müqaviləsinin yekunlaşdırılması istiqamətində daha güclü siyasi mandat verir" - AÇIQLAMA

"Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərdi ki, Nikol Paşinyan hələ də ölkənin siyasi gündəmini müəyyənləşdirən əsas fiqur olaraq qalır. İlkin rəsmi nəticələrə görə, onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin təxminən 49,8 faizini toplayaraq seçkilərin qalib

8 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun