Şəhidin adını daşıyan küçə niyə bu vəziyyətdədir? - Fotolar
Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivində əvvəllər Leyla Vəkilovanın, hazırda isə şəhid Ülvi Rəfiyevin adını daşıyan küçənin sakinləri yollarının bərbad halda olduğundan şikayətçidir.
"Qafqazinfo"ya müraciət edən bir qrup sakinin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyətdə heç bir dəyişiklik olmayıb: "Təxminən 1 ildir bu küçəyə şəhid Ülvi Rəfiyevin adı verilib. Şəhidin adını daşıyan küçənin yolları isə bərbad haldadır. Küçənin yollarının asfaltlanmasına görə söz verilsə də, yol düzəlməyib".
Məsələ ilə bağlı Maştağa Qəsəbə Nümayəndəliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "Rayonun bütün qəsəbələrində olduğu kimi Maştağa qəsəbəsində də qəsəbədaxili yolların təmiri və asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Ülvi Rəfiyev (keçmiş Leyla Vəkilova) küçəsində də yolun asfaltlanması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət edilib".
Şikayətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, qəsəbədaxili küçələr onların balansında deyil: "Yalnız investisiya proqramı daxilində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri icra olunur. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət əsasında əgər həmin ərazilər investisiya proqramına daxil edilərsə, o zaman agentlik tərəfindən təmir işləri baş tuta bilər. Hazırda Sabunçu Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə müraciəti əsasında investisiya proqramına Zabrat qəsəbəsindən 1 küçə, Sabunçu qəsəbəsindən 1 küçə və Ramana qəsəbəsindən 2 küçə daxil edilib. Əgər müraciət əsasında növbəti investisiya proqramına sözügedən ərazilər də daxil edilərsə təbii ki, icrası tərəfimizdən təmin oluna bilər".



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 690 Tarix: 19 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabr