Sağlamlıq imkanları məhdud olan İlfanın nənəsi "TikTok"da onun adından pul yığır? - VİDEO
Ötən gün sosial şəbəkələrdə sağlamlıq imkanları məhdud olan yeniyetmənin bir qrup şəxs tərəfindən lağa qoyulması ilə bağlı görüntülər yayılıb.
Bu hal sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Həmin şəxslər sağlamlıq imkanları məhdud olan İlfanla bağlı üzr videosu da çəkiblər.
İlfana qarşı edilən hörmətsizlik nənəsinin sosial şəbəkədə yeniyetmə üzərindən pul qazanması məsələsini də gündəmə gətirib. Bir çox şəxs nənəsini bu məsələdə qınayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı sağlamlıq imkanları məhdud olan yeniyetmə İlfanın anası Nigar Şirvanlı ilə danışıb.
N.Şirvanlı İlfanın "TikTok" sosial şəbəkəsi üzərindən canlı yayıma qoşulmasına razılıq verdiyini qeyd edib:
"Oğlum dörd-beş aydır ki, "TikTok"da canlı yayıma qoşulur. Gördüm ki, hər kəsə yardım edilir. Düşündüm ki, İlfana niyə də olmasın. Mənim razılığım var. O, mənim gözümün ağı-qarası olan bircə balamdır. Şansı da var. Nənəsi Fatimə Hümbətova İlfanla daha çox məşğul olur.
Qınayanlar nə isə bilmədən danışmasınlar. İlfan anam sayəsində yaşayır. Nənəsi onun üzərindən pul yığmır".
İlfanın anası onun xəstəliyindən də öz açıb:
"İlfanın 15 yaşı var. Anadangəlmə beyin iflici ilə dünyaya gəlib. Xərçəng xəstəliyi sonradan yaranıb. Üç yaşından xərçəng xəstəsidir. Sağ gözü xərçəng xəstəliyi səbəbindən götürülüb. Sol gözü 15 faiz görür. Müalicəsi yoxdur.
İlfan gəzə bilmir. Serebral iflicdir (USİ) və epilepsiya xəstəliyi var. Beş-altı dəfə əməliyyat keçirib. Atası xəstəliyinə görə, bizi atıb. Kirayə yaşayırıq. İlfanın xəstəliyinə görə, evimizi satmışıq. Anam mənim arxam, dayağımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1223 Tarix: 19 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr