Bu analar körpələrinin qatilinə çevrildi - Narkotikdən ölən MƏSUMLAR

Bu analar körpələrinin qatilinə çevrildi - Narkotikdən ölən MƏSUMLARKörpələr bu dünyanın ən saf və məsum varlıqlarıdır. Onlar bizim bu günümüz və gələcəyimizdir. Uşaqlar hər bir ölkədə əhalinin təxminən 20-25%-ni təşkil edir. Onlar fərqli ölkələrdə yaşasalar da eyni tipli təhlükələrə məruz qalırlar. Belə ki, bəzən valideyn məsuliyyətsizliyi uşağın şəxsiyyətində və psixi vəziyyətində dərin yaralara səbəb olur. Hətta bu vecsizliklər körpənin həyatını itirməsinə də gətirib çıxarır. Bu problemlərdən biri narkotik vasitələrindən istifadə edən valideynlərdir. Hər il dünyada yüzlərlə uşaq narkotik maddələrinin qurbanına çevrilir.

Lent.az kiçik bir araşdırma edərək bu məsuliyyətsizliyə məruz qalan ağrılı faktların bir neçəsini təqdim edir:

1. Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində bu gün səhər saatlarında 2 yaş yarımlıq körpə uşaq meyiti tapılıb. Aparılan araşdırmalar zamanı ölən körpənin qanında metamfetamin adlı narkotik maddə aşkarlanıb. Bildirilir ki, uşağın ölümünə səbəb olan stimullaşdırıcı maddə ana südündən keçib. Körpənin ölümünə görə məsuliyyət daşıyan mərakeşli ana və əlcəzairli ərinə qarşı ağırlaşdırılmış ömürlük həbs tələbi ilə iddia qaldırılıb.
Bu analar körpələrinin qatilinə çevrildi - Narkotikdən ölən MƏSUMLARBir müddət əvvəl isə Adana bölgəsində narkotik aludəçisi olan bir cütlük 2 aylıq körpələrinin öldüyünü bir həftə sonra anlayıblar. Bildirilir ki, qonşular pis qoxu səbəbi ilə polisə müraciət edib. Mənzilə gələn polis uşağın öldüyünü müəyyənləşdirib. Hadisə ilə bağlı saxlanılan ananın ifadəsində "Bir həftədir yatdığını düşünürdüm" dediyi öyrənilib.
Morqa aparılan körpə üzərində aparılan ekspertizada onun aclıqdan öldüyü məlum olub.
Bu analar körpələrinin qatilinə çevrildi - Narkotikdən ölən MƏSUMLARAmerikanın Nyu-York şəhərindəki bağçaların birində bir yaşlı körpə fentanilə məruz qaldıqdan sonra dünyasını dəyişib. Eyni maddəyə məruz qalan daha 3 uşaq isə xəstəxanaya yerləşdirilib. İstintaq zamanı uşaq bağçasının müdiri Qrey Mendez və burada otaq kirayələyən Karlisto Brito adlı şəxs saxlanılıb. Saxlanılanlar "qətl"də ittiham edilib.

Aparılan araşdırmalar nəticəsində Britonun otağının yerləşdiyi dəhlizdə divarda 1 kiloqrama yaxın fentanil ələ keçirilib. Səkkiz aydan iki yaşa qədər olan uşaqların bağçada fentanillə inhalyasiya olunduqları bildirilir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, ABŞ-da hər gün 150-dən çox insan daha çox həb şəklində istifadə edilən fentanil kimi sintetik dərmanlar səbəbindən ölür. Ağrıkəsici kimi istifadə edilən fentanilin morfindən 100 dəfə güclü olduğu və 2 milliqram qəbul edilərsə ölümcül ola biləcəyi deyilir.
Bu analar körpələrinin qatilinə çevrildi - Narkotikdən ölən MƏSUMLARİngiltərədə isə 2 yaşlı kiçik qız həddindən artıq dozada narkotik qəbulundan ölüb.
5 mart 2014-cü il tarixində baş verən hadisədə 2 yaşlı Sofi Consun narkotik aludəçisi valideynləri narkotikləri onun sevimli "Tom və Cerry" stəkanında gizlədiblər. Stəkana metadon qoyulduğunu bilməyən balaca qız ondakı maddəni içib. Təcili yardım işçiləri dərman qəbul etdikdən sonra qusmuş Sofinin reaksiya vermədiyini görüblər.

Uşağın valideynlərinin polis gələnə qədər narkotikləri həyətdə gizlətməyə çalışdığı öyrənilib. Həyətdə basdırılan 146 ml metadonla yanaşı, polis Sofinin oyuncaqlarının içində də kokain aşkar edib. Məhkəmə zamanı ana qətli etiraf etsə də, ata ittihamları rədd edib.

Qeyd edək ki, hər gün dünyada belə yüzlərlə hadisə baş verir. Daimi spirt və narkotik maddələrdən istifadə edən valideynlərin böyük hissəsində əvvəllər ciddi psixiatrik və psixoloji problemlərin mövcud olduğu düşünülür. Bunun üçün də nikah zamanı digər müayinələrlə yanaşı, narkotik maddələrindən istifadə ilə bağlı testlər də mütləqdir.
Bu analar körpələrinin qatilinə çevrildi - Narkotikdən ölən MƏSUMLAR


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1006   Tarix: 20 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rus ordusu Xarkovun 3 kəndini işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nesternoye, Rublenoye və Vısokoya Yaruqa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

1 oktyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

1 oktyabr
.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmini göndərir

ABŞ İranla bağlı hərbi qüvvələrini artırır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ ordusu USS Theodore Roosevelt təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunu və USS Makin Island amfibiya qrupunu Yaxın Şərqə göndərir. Bu qüvvələrdə ümumilikdə təxminən 9 min hərbçi var. Gəlişdən sonra bölgəd

2 oktyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin

30 sentyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr