Hikmət Hacıyev BBC-də Azərbaycan-Ermənistan normallaşmasından danışıb - VİDEO

Hikmət Hacıyev BBC-də Azərbaycan-Ermənistan normallaşmasından danışıb - VİDEOAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-nin canlı efirinə qatılıb.

O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlərdən danışıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müvafiq müraciətlərinə baxmağa hazırdır.

"Bütün işğal dövrü ərzində Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətindədir. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün öz evlərinə qaytarılması prosesi gedir, və onlar 30 ildən artıq bu hüquqdan məhrum ediliblər. Bu arada, biz onları qalmağa çağırmağımıza baxmayaraq, Qarabağı tərk etmək qərarına gələn ermənilər də oldu. Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, o cümlədən təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz vətəndaşlıq almaqla bağlı ərizələrin verilməsi üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazası olmalıdır. Burada əsas ilkin şərtlərdən biri də Azərbaycan qanunlarına və qaydalarına uyğun olaraq vətəndaşlığa qəbul edilməsidir. Bu səbəbdən biz aydın şəkildə bildirdik ki, hər bir konkret hal əsasında bütün müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq", - deyə o vurğulayıb.
H.Hacıyev xatırladıb ki, hazırda Azərbaycan və Ermənistan arasında diplomatik səviyyədə danışıqlar aparılır:

"Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. Bu səbəbdən Azərbaycan da beş fundamental prinsip və sülh müqaviləsinin mətnini təklif edib. Hazırda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar çərçivəsində diplomatik öhdəliklər var. Hesab edirəm ki, Azərbaycan və Ermənistan müsbət gündəmlə dünyanı təəccübləndirməyi bacarıb. Dekabrın 7-də iki ölkə birgə bəyanat yayaraq, sülh gündəmini irəli sürmək və etimad quruculuğu tədbirlərini həyata keçirmək niyyətlərini ifadə edib", - o qeyd edib./BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 678   Tarix: 20 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr