Naxçıvanda keçmiş yüksək məmur işdən çıxarılması ilə barışmaq istəmir
Naxçıvan Muxtar Respublikası (MR) Kənd Təsərrüfatı Nazirliyinin keçmiş Aparat rəhbəri Zəkəriyyə Gözəlov işdən çıxarılması ilə barışmaq istəmir.
Qaynarinfo xəbər verir ki, cari ilin əvvəllərində tutuduğu vəzifəsindən azad edildiyi deyilən Zəkəriyyə Gözəlov məhkəməyə müraciət edib. Onun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Birinci instansiya və apellyasiya məhkəmələrinin qərarı Zəkəriyyə Gözəlovu qane etmədiyindən Naxçıvan MR Ali Məhkəməsinə kassasiya şikayəti verib. İş hakim YusifəliQurbanovun icraatındadır. Dekabrın 25-nə iş üzrə şifahi məhkəmə baxışı iclası təyin edilib.
Bu ilin fevralında Naxçıvan MR kənd təsərrüfatı naziri Bəhruz Bayramov vəzifəsindən azad edilib. O, 2020-ci ildə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi. Bəhruz Bayramov işdən çıxarılanda media onu Vasif Talıbovun kadrı kimi təqdim edirdi.
Naxçıvan MR kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Dadaşovaya həvalə edilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb