"Xankəndidə biz yalnız futbolçu matçı izləmədik, həm də prezident-xalq birliyini gördük" - POLİTOLOQ

"Xankəndidə biz yalnız futbolçu matçı izləmədik, həm də prezident-xalq birliyini gördük" - POLİTOLOQ"Ötən gün Xankəndi futbol stadionunda baş verən futbol matçı həqiqətən tarixi bir əhəmiyyət kəsb edir. Hər nə qədər idman siyasətdən uzaq olsa da illərdir bu stadionda separatçı rejimin tədbirləri keçirilirdi. "Futbol" matçları təşkil olunurdu. Keçirilən futbol matçı qələbəmizin sivil formada elanı idi. Yəni Azərbaycan xalqı Qarabağ uğrunda döyüşən qazilərimiz və şəhidlərimizin övladları bu matçı seyr etdilər. Həqiqətən çox pozitiv görüntülər var idi. Xüsusilə cənab Prezidentin ətrafında şəhid və qazı övladlarının olması, onların birbaşa bu oyuna dəvət olunması simvolik və mənəvi əhəmiyyət kəsb edirdi. Azərbaycan hər nə qədər bu əraziləri hərbi yolla qaytarmış olsa da, verilən mesajlar həm işğal dövründə, həm də bu gündə sivil formada verilir. Bu bizim sülh istəyində olduğumuzu göstərir. Bu torpaqlarda bərabər şəkildə əvvəldən yaşamaq olardı. Sadəcə qarşı tərəf bunu istəmədi və belə siyasi proseslər baş verdi".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Turan Rzayev deyib. Onun sözlərinə görə, həm tədbir öncəsi və cənab Prezidentin çıxışı, həm də futbol matçı zəfərimizin rəmzi mənasından Qarabağın həyata gəlməyini göstərir:

"Xankəndiyə diqqət yetirdikdə görürük ki, ciddi quruculuq işləri görülüb. Xankəndi stadionunun özü yenidən bərpa edilmişdir. Bu belə bərpa prosesinin bir tərkib hissəsidir. Bu eyni zamanda Xankəndiyə böyük qayıdışa olan ümidləri artırır. Xankəndidə biz yalnız futbolçu matçı izləmədik. Həm də prezident xalq birliyini gördük. Cənab Prezidentin dediyi kimi Qarabağı işğal altında olan və işğaldan azad edilən şəhərin komandası ilə o şəhəri işğaldan azad edən ordunun komandası arasında baş verən futbol matçının şahidi olduq. Bu da əslində incə düşünülmüş bir mesaj idi. Qarşıdan gələn prezident seçkiləri öncəsi də bu çox mühüm verilən bir mesajdır. Qalıb xalqın qalıb prezidenti bir daha xalqın arasında idi. 44 günlük müharibədə də biz bənzər situasiyalar yaşamışdıq. Ötən günkü matçda isə sadəcə bunu biz müharibənin bitməsi və ərazilərin öz sahibinə qayıtması fonunda real şahidi olduq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 729   Tarix: 22 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr