Üzvlük, yoxsa sadəcə vəd? - İrəvan da ümidlənib ki...

Üzvlük, yoxsa sadəcə vəd? - İrəvan da ümidlənib ki...Avropa İttifaqı (Aİ) uzun sürən götür-qoydan sonra nəhayət müvafiq qərar qəbul etməyə cürət edib. Gürcüstana namizəd statusunun verilməsi, Ukrayna və Moldovanın üzvlüyə qəbul ilə bağlı danışıqlara başlanılması son günlərin ən aktual mövzusudur. Bəs Avropa bu qərarı verməkdə nə qədər səmimidir?

Həqiqətənmi Aİ bu üç ölkəni öz sıralarına daxil edəcək? Tbilisidə bu hadisəni atəşfəşanlıqla qeyd edən gürcülər görəsən neçə il gözləməli olacaqlar? Və yaxud qalan iki ölkə - Moldova və Ukrayna neçənci ildə üzvlük barədə danışıqlara ümid edirlər? Sual çox, cavab isə azdır. Avropa belə vədləri çox verib və ortada bizə yaxşı tanış olan Türkiyə nümunəsi var. 60 ildən də artıqdır ki, Türkiyə Aİ-nin qapısında gözləyir. Üzvlüklə bağlı bütün şərt və tələbləri yerinə yetirsə də, ortada nəticə yoxdur.

Üzvlüklə bağlı yeni qərarlar qəbul etməklə Avropanın hədəfi bəllidir. Bu dövlətləri Rusiya təsirindən tamamilə uzaqlaşdırmaq. Gürcüstanla bağlı konkretliyin arxasında isə Tbilisidə son vaxtlar artan rusiyameyilliyi azaltmaqdır. Moldova və Ukrayna artıq Moskva ilə bağlı siyasətlərini müəyyənləşdiriblər, bu səbəbdən onlardan narahat deyillər.

Ermənistan da ümidlənib

Maraqlıdır ki, Gürcüstanla bağlı qərar Ermənistanı da ümidləndirib. Rusiya ilə münasibətlərini gərginləşdirmək siyasəti yürüdən İrəvan ümid edir ki, Qərbdə bunu qiymətləndirəcəklər. Bu səbəbdən, ritorikanı bir az da sətləşdirmək gərəkdir. Görünür, Qərbdən də bu istiqamətdə müəyyən mesajlar alıblar. Yəni ermənilər nə qədər sərt olsalar, antirusiya addımları atsalar, şans da artacaq. Bu mövqeni erməni politoloqu Aleksandr İsgəndəryan da bölüşür. Onun sözlərinə görə, Ermənistanın Avropaya inteqrasiyası onun Rusiya ilə qarşıdurmasından asılı olacaq. "Aydındır ki, nə Moldova, nə Ukrayna, nə də Gürcüstan indiki formada Avropaya inteqrasiya mərhələsi üçün heç bir kriteriyaya tam cavab vermirlər. Bu, siyasi qərardır və sırf Ukrayna müharibəsi və Avropa ilə Rusiya arasındakı qarşıdurmaya görə qəbul edilib. Avropa İttifaqının bu qədər açıq siyasi mövqeyini xatırlamıram. Bu, tamamilə fərqli bir vəziyyətdir. Ermənistanın bu prosesdə iştirak edib-etməyəcəyi və bunun hansı formada olması Ukrayna müharibəsindən və Rusiyanın Avropa ilə münasibətindən asılıdır", - deyə İsgəndəryan vurğulayıb.

Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır

Qayıdaq Gürcüstana. Maraqlı olan torpaqları işğal edilən Gürcüstana statusun verilməsidir. Halbuki qurum əvvəlki bəyanatlarında və şərtlərində bunu qəbul etmirdi. Ehtimallara görə, bu addımla bir neçə hədəf güdülür. Qərb Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyanı bu yolla Gürcüstana inteqrasiya etməyi hədəfləyir. Buna nail olacağı isə az ehtimal edilir. Bu əyalətlər Rusiyaya tam bağlıdır və ondan heç ayrılmağı da düşünmürlər.

Gürcü politoloq Nika Çitadzenin sözlərinə görə, Aİ Avropayönlü çoxluğu sakitləşdirmək üçün onlara namizəd ölkə statusu verib. Amma gələcəkdə Avropaya inteqrasiya iqtidarla müxalifət arasında dialoqun qurulması ilə əlaqələndirilməlidir. Ekspert Şota Apxaidze də hesab edir ki, Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır: "Tbilisi Aİ və ABŞ-nin təsirindən çıxmağa başlayıb. Gürcüstan hakimiyyəti Qərb tərəfdaşları ilə açıq şəkildə qarşıdurmaya gedib, bu da əvvəllər heç vaxt baş verməyib. Nəticədə Brüssel ölkəni itirməkdən qorxdu və qəzəbini mərhəmətə çevirdi".

Ukrayna və Moldova hələ də gözləyir

Ukrayna və Moldovaya gəldikdə, konkret Kiyevin Aİ ilə danışıqlara daxil olması uğrunda mübarizəsi Brüsseldə keçirilən sammitin son dəqiqəsinə qədər davam edib. Aİ dövlət başçılarının üzvlük danışıqlarına başlamaq qərarı hər iki ölkəyə yaxşı şans versə də, onları ciddi daxili problemlərin həlli zərurəti ilə üzləşdirir. Moldovanın Fəaliyyət və Həmrəylik Partiyasından olan Oazu Nantoi hesab edir ki, sakinlərin ən azı 55%-i ölkələrini Aİ-də görmək istəyir. Onun sözlərinə görə, bir neçə il davam edə biləcək danışıqlar zamanı avrointeqrasiya dəstəyinin özəyi Moldovada möhkəmlənəcək. Bunun üçün Ukraynada sülh lazımdır. Hər iki ölkənin Aİ-yə üzvlük yolunda keçəcəyi çətinliklərə gəlincə, yerli müşahidəçilər hesab edir ki, ən çətini cəmiyyətin özündə stereotipləri yıxmaq olacaq. Daha çox da Moldovada. Məsələn, son bir neçə ildə bu ölkədə qanunun aliliyinə və məhkəmə sisteminə etimadsızlıq yaranıb. Hər iki ölkədə korrupsiya, məhkəmə sistemində problemlər var.

Moldovanın Avropaya inteqrasiya yolunda əsas maneələrdən biri qondarma Dnestryanı məsələsi ola bilər.

Bir il yarım ərzində Moldovada həm parlament, həm də prezident seçkiləri keçiriləcək. Ölkədə hakimiyyət dəyişsə, Kişineunun Avropaya inteqrasiya kursundan əl çəkərək "üzünü Moskvaya çevirməsi" təhlükəsi yarana bilər.

Beləliklə, Avropanın vəd etdiyi üzvlük məsələsinin tez bir zamanda baş tutacağını gözləmək olmaz. Qərb postsovet məkanına daxil olan ölkələri nəzarətdə saxlamaq üçün bu cür şirnikləndirici vədlər verir. Hədəf də bəllidir, bölgədə mövqeyini gücləndirmək və Rusiyanı zəiflətmək ("Kaspi" qəzeti).


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 631   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr
.

ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb

İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları

29 sentyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve

29 sentyabr
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29 sentyabr
.

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin

30 sentyabr
.

Mədənçıxarmanın qadağan olunduğu qitənin altında nəhəng ehtiyat var: Səbəb nədir?

Qızılın mümkün mövcudluğu ilk növbədə bu qitənin geoloji keçmişi ilə müəyyənləşir. Antarktida vaxtilə Afrika, Avstraliya və Cənubi Amerika ilə birlikdə Qondvananın bir hissəsi olub. Bu regionlar isə mineral ehtiyatlarla zəngindir. Qaynarinfo "WP Tech"ə istinadən xəbər verir ki, bu səbəbdə

28 sentyabr