ABŞ: "Qırmızı dənizdə husi hücumlarının hazırlanmasında İran iştirak edib"

ABŞ: "Qırmızı dənizdə husi hücumlarının hazırlanmasında İran iştirak edib"Ağ Ev hesab edir ki, İran Yəmən husilərinin ("Ənsar Allah" hərəkatının üzvləri) Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının hazırlanmasında dərindən iştirak edib.

Bu barədə ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Uotson bildirib.

Onun sözlərinə görə, Tehran husilərə lazımi kəşfiyyat məlumatını ötürüb.

"Bu, İranın uzunmüddətli maddi dəstəyi və husilərin regionda sabitliyi pozan fəaliyyətini təşviq etməsi ilə uyğundur", - deyən Uotson baş verənləri kollektiv cavab tələb edən bir çağırış adlandırıb.

"The Wall Street Journal", öz növbəsində, təhlükəsizlik mənbələrinə istinadən yazır ki, husilər İranın hərbiləşdirilmiş qüvvələrindən təkcə kəşfiyyat məlumatları deyil, həm də silahlar - pilotsuz təyyarələr və raketlər alırlar.

"Husilərin gəmiləri hədəf almaq üçün radar texnologiyası yoxdur. Onların İranın köməyinə ehtiyacı var, yoxsa raketləri, sadəcə, suya düşər", - nəşrin həmsöhbətlərindən biri bildirib.
İran isə hər hansı əlaqəni inkar edir.

Husilərin sözçüsü deyib ki, onların Tehranın köməyinə ehtiyacı yoxdur:

"Hər şeyi İrana aid etmək qəribədir, sanki onlar dünyanın ən böyük gücüdür. Bizim kəşfiyyat xidmətlərimiz var və ölkəmizə qarşı təcavüz illərində onlar özlərini yaxşı sübut ediblər", - deyə mənbə vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 605   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək

Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub

12 iyul
.

Media: Avropa ölkələri Hörmüz boğazından keçid üçün rüsum ödəməyə razı ola bilər

Avropa ölkələri Hörmüz boğazından keçən gəmiçilik üçün rüsumları könüllü olaraq ödəməyi istisna etmir. "Report"un xəbərinə görə, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb. Avropalıların fikrincə, rüsumların ödənilməsi könüllü olmalı və BMT-nin Beynəlxalq Dəniz Təşkilat

12 iyul
.

Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib

ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql

12 iyul
.

Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir

Almaniya və Fransa Livandakı vəziyyətin nizamlanması üzrə birgə təşəbbüslə çıxış etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Tagesspiegel" qəzetinə müsahibəsində bildirib. "Biz Yaxın Şərqdə sülhün bərqərar olması üzr

11 iyul
.

Moldova hökuməti Ukraynadan olan BANKİRƏ TAPŞIRILIR

Moldova Prezidenti Maya Sandu Ukraynada yaşayan bankir Vasili Tofanı ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürüb. -ın xəbərinə görə, bu barədə "RİA Novosti" nəşri məlumat verib. Brifinq zamanı ölkə lideri bildirib ki, "Hərəkət və həmrəylik" partiyası ilə məsləhətləşmələ

11 iyul
.

"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb

"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop

12 iyul
.

Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər

ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"

12 iyul
.

Ankarada əməliyyat: Çox sayda bələdiyyə işçisi saxlanıldı, sədrin həbsinə order verildi

Türkiyənin paytaxtı Ankarada ən böyük bələdiyyələrdən olan Çankayada rüşvətxorluq işi ilə bağlı istintaq başlayıb. -ın xəbərinə görə, bu barədə "TRT Haber" telekanalı məlumat verib. Məlumata görə, şəhər bələdiyyə sədri Hüseyn Can Güner də daxil olmaqla, 36 şübhəlinin həbsinə order verilib

11 iyul
.

Gürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu

Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc

12 iyul