İrəvan Dehlidən silah alıb, Rusiyaya göndərir - Sensasiya

İrəvan Dehlidən silah alıb, Rusiyaya göndərir - SensasiyaQərbin Rusiyaya qarşı tədbiq etdiyi sanksiyalardan yan keçmək üçün (yalnız silah-sursat məsələsinə ciddi nəzarət edirlər, ölkələr də Şimali Koreyadan başqa, Kremlə silah satmır) elə Qərb şirkətləri onlarla mexanizm tapıblar, həmin şirkətlər bir neçə ölkədən, o cümlədən Ermənistandan gen-bol istifadə edirlər. İrəvan Kreml üçün "nəfəslik"lərdən biri rolunu oynayır, ona görə də sözdə "dalaşsalar" da, əməldə ciddi əməkdaşlıqları davam edir.

Bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, son 2 ildə Ermənistandan Rusiyaya ixrac 3 dəfəyə yaxın artıb, illik qarşılıqlı ticarət dövriyyələri 5 mlrd. dolları keçib:

"Belə "düşmənçilik" olmur. Son 2 ildə Ermənistan Rusiyaya 3,7 mlrd. dollarlıq ikili təyinatlı mal ixrac edib - yarımkeçiricilər, mikrosxemlər, elektron avadanlıqlar. Ermənistan bu məhsulları istehsal edirmi - təbii ki, yox, Rusiya Ermənistanda yerli şirkətlər yaradıb rahatlıqla işləyir. İrəvan da babat pul qazanır, ona görə ÜDM artımı onlarda tarixi rekordlar vurur".

Ekspert bildirib ki, Qərb Rusiyaya neft və neft məhsullarını almağı qadağan edib, amma ehtiyacları var, hələ Sovet dövründən bəzi zavodlar məhz Rusiya neftinə uyğun emal texnologiyaları ilə təhciz edilib, çünki rus nefti daha ağır neftdir, emalı bir az fərqlidir:

"Buna görə də maraqlı bir sxem düşündülər - Hindistan Rusiyadan neft alır, başqa tankerə boşaldır və ya emal edir və Avropaya satır. Formal olaraq bu artıq rus nefti olmur, Qərbin vicdanı "təmiz" qalır, amma ehtiyacını da ödəmiş olur.

2023-cü ilin ilk yarısında Hindistan Rusiyadan 2022-ci ilin eyni dövrünə nisbətən 11 dəfə (!!!) çox neft alıb! Rusiya bu ilin ilk 6 ayında Hindistana 31,6 mlrd. dollarlıq mal (neft/neft məhsulları) satıb, həmin ölkədən isə cəmi 1,7 mlrd. dollarlıq mal alıb - beləliklə, 30 mlrd. dollara yaxın Rusiyanın lehinə müsbət saldo yaranıb və bu vəsait Hindistan rupisində bu ölkənin banklarına yığılıb. Çünki Hindistan Mərkəzi Bankı onları konvertasiya edib Rusiyaya ötürməyə mane olacaq qərar verib. Yəni rəsmi Dehli də gördü ki, gəlib-gedən rusun pulunu yeyir, dedilər, biz kimdən əskiyik, müəyyən maneələr icad etdilər, bilirlər ki, Kremlin başqa yolu yoxdur, nefti satmaqda davam edəcək. Hindistan qərar verdi ki, Rusiya o rupilərə ölkədən nə istəsə, alıb apara bilər.

Son aylar Hindistan, nədənsə, Ermənistanı yaman sevməyə başlayıb, ard-ardına silah anlaşmaları imzalayır, silah göndərirlər. Bəyəm İrəvanın indi Hindistandan silah almağa ildə 1 mlrd. dollar artıq pulu var?! Məncə, sxem belədir - Rusiya Hindistan banklarında ilişən 30 mlrd. dollarlıq rupiyə arada silah alıb Ermənistan alırmış kimi rəsmiləşdirib, İrəvana göndərir, sonra da həmin silahlar Rusiyaya gedir, bəzi silah növləri, raketlər Rusiyanın istehsal etdiyi ölçüdə və kalibrdədir, hətta Rusiya üzərindəki yazıları, nömrələri asanlıqla dəyişib öz malı kimi istifadə edə bilər.

Beləliklə, bu "hind filmini" ciddi araşdırmaq lazımdır, Azərbaycanın rəsmi orqanları məsələni beynəlxalq gündəmə çıxarmalıdırlar, çox güman, əsl "Bollivud" stilindədir, birinə zərbə dəyir, 15 metr o yanda o birisi yıxılır..."

Mənbə: axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1009   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr
.

ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb

İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları

29 sentyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve

29 sentyabr
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29 sentyabr
.

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin

30 sentyabr
.

Mədənçıxarmanın qadağan olunduğu qitənin altında nəhəng ehtiyat var: Səbəb nədir?

Qızılın mümkün mövcudluğu ilk növbədə bu qitənin geoloji keçmişi ilə müəyyənləşir. Antarktida vaxtilə Afrika, Avstraliya və Cənubi Amerika ilə birlikdə Qondvananın bir hissəsi olub. Bu regionlar isə mineral ehtiyatlarla zəngindir. Qaynarinfo "WP Tech"ə istinadən xəbər verir ki, bu səbəbdə

28 sentyabr