Səfirlik İspaniyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, 2024-cü il fevralın 7-də təyin olunan növbədənkənar prezident seçkilərində xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə diplomatik nümayəndəlik və konsulluqlarda hazırlıq işləri görülür.
"Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır. Prezident seçkilərində iştirak etmək istəyən, İspaniya Krallığı və Andorra Knyazlığında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddəlti ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinə müraciət etmələri xahiş olunur:
Telefon: 917 489 776 / 779 Elektron poçt: [email protected] / [email protected] Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan vətəndaşının tam adı (soyadı,adı,atasının adı), doğulduğu tarix (il,ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır", - səfirlikdən bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb