MSK sədri: "Elm və Təhsil Nazirliyi tələbələrin siyahısını bizə təqdim etməlidir"
Tələbələrin səsvermədə iştirakı sahəsində Elm və Təhsil Nazirliyi ilə birgə işləmək lazımdır.
"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.
MSK sədrinin sözlərinə görə, tələbələrin səsverməsi ilə bağlı fərqli addım atılmalıdır: "Səsvermə keçiriləndə tələbələr universitetlərdə olmurlar. Biz indidən bu məsələnin üzərində dayanmalıyıq. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr ya valideynlərinin yanına gedib səs verməli, ya da təhsil aldıqları universitetlərdə səs verməlidir. Rayonlardan olan tələbələrin hamısını biz gərək qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edək ki, harda olur-olsun səs verə bilsinlər. Bakıda olan tələbələr məlumdur. Elm və Təhsil Nazirliyi siyahıları bizə təqdim etməlidir. Biz artıq ilkin addımları atmağa başlamışıq".
M.Pənahov söyləyib ki, həmçinin Xarici İşlər Nazirliyi ilə də xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səsverməsi ilə bağlı işlərə başlanılıb: "Xaricdə yaşayan vətəndaşlarımız özlərinə yaxın diplomatik nümayəndəlikdə siyahıya düşməlidir. Onlar bizə də müraciət edə bilərlər ki, onları diplomatik nümayəndəliklə əlaqələndirək. Çalışmalıyıq ki, onların səsinə səs verə bilək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb