Yuxarı Əskipara və Kərki ilə bağlı bu addım atılır: İki ay öncə danışılıb - Kritik gəlişmə
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, proseslər pozitiv istiqamətdə inkişaf edəcək və digər məsələlər də həllini tapacaq. Sözsüz ki, Azərbaycan hələ də ermənilərin nəzarətində olan 8 kəndindən imtina etməyəcək. Bu mümkün deyil. Həmin kəndlər hüquqi cəhətdən Azərbaycan ərazisidir. Beynəlxalq səviyyədə bura Azərbaycan ərazisi kimi tanınıb.
Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.
"Təxminən 32-33 il öncə bu kəndlər Ermənistan tərəfindən işğal edilib. Bu məsələ bir neçə dəfə gündəmə gətirilib. Hətta iki ay öncə Prezident İlham Əliyev Avropa Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında məhz həmin 8 kəndlə bağlı məsələ bir daha vurğulanmışdı. Azərbaycan Prezidenti qeyd etmişdi ki, 8 kənd hazırda Ermənistanın işğalı altındadır", - deyə o qeyd edib.
Politoloqa görə, sülh müqaviləsi imzalandıqdan sonra delimitasiya və demarkasiya prosesi həyata keçirilən zaman o kəndlərin də məsələsi həllini tapacaq:
"Təbii ki, erməni tərəfi bu kəndləri özləri üçün vacib amil hesab edir. Naxçıvanın Kərki kəndi Ermənistanı və İrəvanı, İranla Zəngəzurla bağlayan strateji "M-2" yolunun üzərindədir. Həmin kənd yolun üzərində yerləşir. Gürcüstanla Ermənistanı bağlayan digər beynəlxalq yol isə Qazax rayonu Yuxarı Əskipara kəndindən keçir".
Oqtay Qasımov hesab edir ki, Azərbaycanla Ermənistan arasında normal qonşuluq münasibəti olacaqsa, ermənilər həmin yollardan rahat şəkildə istifadə edə bilər:
"Bunun əksinə olaraq Ermənistan sülhdən yayınsa və həmin anklavları geri qaytarmasa burada yeganə seçim son variant qalır. Azərbaycanın istədikləri olmayacaqsa, Ermənistan öhdəlikləri icra etməyəcəksə, güc tətbiqi ilə həmin kəndlərin azad edilməsi mümkün olacaq. Bu ən son variant kimi düşünülə bilər. Amma ehtimal odur ki, buna gərək qalmayacaq. Ermənistan rəhbərliyi məsələləri dərk edib, prosesə əngəl yaratmadan hansısa bir mərhələdə bunun razı olacaq".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1101 Tarix: 24 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb
İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları
29 sentyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabrTramp Kim Çen Inla dost münasibətlərindən danışıb
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad
30 sentyabrİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrFransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabr