Daha bir ölkə İrəvana silah sata bilər – Xəbərdarlıq
Yunanıstan Fransa və Hindistandan fərqli olaraq, Ermənistana hələ ki, hərbi texnika göndərməyib.
Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Afinanın İrəvana silah satmamasının sadə səbəbi Azərbaycandan qaz almasıdır:
"Yunanıstan Azərbaycanla bu sahədəki əməkdaşlığı riskə atmaq istəmir. Buna baxmayaraq, Yunanıstan Kipr Yunan Respublikası ilə birgə Ermənistanla üçlü formatda dialoqunu gücləndirib. Bu dialoq Azərbaycan-Türkiyə ittifaqına qarşıdır. Yunanıstanın hərbi sənayesi Fransa və Hindistandakı qədər inkişaf etməsə də, bu ölkənin silah istehsal edən yüzlərlə müəssisəsi var. İrəvanın Fransa və Hindistanla yanaşı Yunanıstandan da hərbi texnika almaq istəyini istisna etmək olmaz. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb. 3 ölkə arasında müdafiə sahəsində məsləhətləşmələr keçirilib, birgə əməkdaşlıq sahəsində proqramlara imza atılıb. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək. Rəsmi Bakı indidən Yunanıstanın Fransa və Hindistanın səhvini təkrarlamamasıyla bağlı diplomatik kanallarla Afinaya çağırış etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1037 Tarix: 24 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad
30 sentyabrABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrYaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs
30 sentyabrUKMTO, Hörmüz boğazında tankerin naməlum mərmi ilə vurulduğunu bildirir
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə axşamı günü Hörmüz boğazından keçərkən naməlum mərmi ilə tankerin vurulduğunu və nəticədə yanğına səbəb olduğunu bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO əlavə edib ki, heyət təhlükəsiz vəziyyətdədir, zərər və ətra
2 oktyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabr