Məşhur aktyor narkotik qəbul etməmək üçün əlini ayağına yapışqanla yapışdırıbmış
ABŞ-li aktyor və "Dostlar" serialının ulduzu Metyu Perri narkotik asılılığından qurtulmaq üçün bir dəfə əllərini yapışqanla dizinə yapışdırıb.
Bu barədə aktyorun keçmiş sevgilisi və bir müddət köməkçisi olan Keti Edvards danışıb.
Qadının sözlərinə görə, Perrini bu vəziyyətdə görəndə çox pis olub. Məlum olub ki, aktyor bir gün əvvəl qeyri-qanuni maddələrdən istifadə edib, ayılandan sonra özünü yeni dozadan xilas etmək üçün belə qeyri-adi yola baş vurmaq qərarına gəlib.
"Mən Metyunu divanda əlləri dizlərinə yapışmış vəziyyətdə tapdım - bu, çox kədərli idi. Dırnaq lakı təmizləyicisi və zeytun yağı istifadə etdim", - deyə Edvards baş verənləri danışıb.
Ulduzun keçmiş sevgilisi Perrinin, hətta narkotiki atmağa çalışarkən və reabilitasiyada olarkən də onlar haqqında düşünməyi dayandırmadığı fikrini bölüşüb. Ketinin fikrincə, vəfat etməzdən bir neçə gün əvvəl aktyor yenidən qeyri-qanuni maddələrin istifadəsinə başlayıb.
Qeyd edək ki, Metyu Perri oktyabrın 28-də 54 yaşında Los-Ancelesdəki evində vəfat edib. Ekspertiza tərəfindən yarılma hesabatına görə, aktyor ABŞ-də anesteziya vasitəsi, həmçinin depressiyanı müalicə etmək üçün istifadə olunan ketaminin kəskin təsiri nəticəsində dünyasını dəyişib. Sənəddə aktyorun depressiya və narahatlıq üçün ketamin infuziya terapiyası aldığı bildirilib. Sənətçinin ölümünə səbəb olan amillər arasında huşunu itirməsi nəticəsində boğulma da göstərilib. (Oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1174 Tarix: 26 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabrTramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n
29 sentyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrİranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c
29 sentyabrTramp Kim Çen Inla dost münasibətlərindən danışıb
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad
30 sentyabr