Santa Klaus dünyanın bütün qitələrini gəzərək milyonlarla hədiyyə payladı - FOTO
Katolik Milad bayramı şərəfinə Santa Klaus dünyanın bütün qitələrini ziyarət edərək 6,7 milyona yaxın hədiyyə çatdırıb.
Bu barədə ənənəvi olaraq onun hərəkətlərini izləyən Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
NORAD onlayn xəritəsinə əsasən, Santa Klaus Avropanın əksər ölkələrində olub.
O, həmçinin Rusiya, Avstraliya və Afrikaya, Şimali və Cənubi Amerikaya səyahət edib.
Bundan əlavə, o, ABŞ-nin Antarktikadakı Mak-Merdo stansiyasına hədiyyələr çatdırıb.
Santa Klaus hazırda ABŞ-nin qərbində səfərdədir.
Qeyd edək ki, "NORAD Tracks Santa" Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının himayəsi altında yaradılmış Milad proqramıdır. 1955-ci ildən bəri hər il Milad bayramı ərəfəsində "NORAD Tracks Santa" dünyanın hər yerindən uşaqlara hədiyyələr çatdırmaq üçün Şimal qütbünü tərk edərkən Santa Klausun qondarma səyahətini qeyd edib.
Ənənəyə uyğun olaraq, Santa Klaus dünya səyahətinə dekabrın 24-də Qərbi Milad ərəfəsində yola düşüb. O, şimal maralı Rudolfun rəhbərlik etdiyi doqquz maralın çəkdiyi sehrli kirşəsinə minib.
NORAD veb-saytı real vaxtda sehrbazın yolunu göstərir.
Baş Milad personajının hərəkətlərini izləmək ənənəsi 1955-ci ildə NORAD-da, ABŞ qəzetlərindən birində Şaxta babanın əlaqə nömrəsi ilə elanın dərc edilməsindən sonra yaranıb.
Lakin elanda rəqəm səhvi olub. Nəticədə, uşaqlar ABŞ-nin kontinental hissəsinin Hava Hücumundan Müdafiə Komandanlığının (NORAD-ın sələfi) qərargahına zəng etməyə başlayıblar, bundan sonra 1958-ci ildən bəri hərbçilər hər il maraqlanan hər kəsi Santa Klausun yerdəyişməsi haqqında məlumatlandırmaq vəzifəsini öz üzərinə götürüblər. (OXU.AZ)



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1006 Tarix: 26 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabrTramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n
29 sentyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrİranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c
29 sentyabrTramp Kim Çen Inla dost münasibətlərindən danışıb
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad
30 sentyabr